PDF Oxu

Sosial

  • 28

Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə yeni sənədlər təqdim edilib

Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə yeni sənədlər təqdim edilib

Dünya Azərbaycanlılarının III Qurultayında iştirak etmək üçün Bakıya gəlmiş vətənpərvər ziyalı, görkəmli ictimai xadim Ramiz Abutalıbov Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə bir çox yeni sənədlər təqdim edib.

Arxivin direktoru Maarif Teymurovun dediyinə görə, R.Abutalıbovun şəxsi fondu 20 il bundan əvvəl yaradılmışdır. O illərdə Ramiz Abutalıbov Avropa və Şərq ölkələrində mühacir həyatı yaşamış soydaşlarımızın ədəbi, mədəni irsini toplayaraq, onların şəxsiyyətlərini də dərindən öyrənərək, irslərinə aid nümunələri Azərbaycana gətirməklə ciddi məşğul olmuşdur.

Bu günlərdə Moskvadan Vətənə gələrkən təxminən 100-ə qədər tarixi sənədi özü ilə gətirən Ramiz Abutalıbov 648 saylı şəxsi fondundakı sənədlərin sayını xeyli artırmışdır. Təqdim olunmuş sənədlərin sırasında Fransada "Banu" təxəllüsü ilə tanınmış Ümbülbanu Əsədullayevaya aid yeni fotolar, məktublar daha çox diqqəti cəlb edir. Eyni zamanda, bu dəfə də R.Abutalıbov tarixi sənədlərlə yanaşı, uzun illər ərzində ona verilmiş hədiyyə avtoqraflı kitabların da bir neçəsini arxivə təqdim edib.

Arxivin direktoru vurğulayıb ki, Ramiz Abutalıbovun şəxsi arxivində olan yüzlərlə qiymətli sənəd mühacir ədəbiyyatı ilə məşğul olan tədqiqatçılar üçün ən dəyərli mənbədir.

Digər xəbərlər