PDF Oxu

Sosial

  • 35

“Yay məktəbi” layihəsi gənclər arasında səmimi münasibət formalaşdırıb

“Yay məktəbi” layihəsi gənclər arasında səmimi münasibət formalaşdırıb

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin həyata keçirdiyi "Yay məktəbi" layihəsi uğurla davam etdirilir. Əvvəlki illərdən fərqli olaraq bu layihənin əhatə dairəsi daha genişlənib. "Yay məktəbi" kampaniyası, ilk dəfə olaraq, Yeni Azərbaycan Partiyası tərəfindən təsis edilib. Artıq bu proses bir neçə ildir ki, davam edir. Layihədə gənclərlə birlikdə Yeni Azərbaycan Partiyasını təmsil edən nümayəndələr də iştirak edir,

Layihədə iştirak edən gənclərin sayı 600 nəfərdir. "Yay məktəbi" bu sayda olan gənclərin həm asudə vaxtlarının yaxşı təşkilinə zəmin və həm də bir-birilə səmimi münasibətin qurulması baxımından lazımi şərait yaratmışdır.

Dünən səfərdən geri dönən "Yay məktəbi" layihəsinin Oğuz qrupunun rəhbəri Jalə Tofiqqızının 5 günlük səfər, gənclərə göstərilən diqqətlə bağlı təəssüratlarını öyrəndik. O bildirdi ki, bu layihə gənclərdə maraqlı görüşlər formalaşdırdı:"Mənim rəhbərlik etdiyim qrupda 50 nəfər gənc təmsil olunurdu. Oğuz rayonundakı "Afra" otelində 5 günlük "Yay məktəbi" maraqlı proqramlarla başa çatdı. Gənclərlə açıq diskussiyalar aparıldı, onların dünyagörüşünün və bilik səviyyələrinin daha da genişləndirilməsi üçün məsləhət və tövsiyələr edildi. Beləliklə, gənclər bu cür proqramlar çərçivəsində ölkənin aparıcı siyasi partiyasının nümayəndələri ilə yaxından tanış olub, onlara öz fikir və rəylərini çatdırmağa fürsət qazanmış oldular. YAP-ın "Yay məktəbi" kampaniyasının əsas məqsədi də, məhz bütün ölkə gəncləri arasında sıx və səmimi münasibətin yaranmasına xidmət göstərməkdir. Bu kampaniya çərçivəsində Azərbaycanın ən gözəl guşələrində yerləşən müasir otel komplekslərində gənclərimizin asudə vaxtının təşkilinə şərait yaradılıb. "Yay məktəbi" layihəsi çərçivəsində gənclərimiz həm asudə vaxtlarının, həm də istirahətlərinin mənalı təşkilinə nail oldular. "Afra" otelində gənclərin bütün ehtiyaclarını ödəyə biləcək şərait də mövcuddur. Gənclər bir daha dərk etdilər ki, onlar daim dövlətin diqqət və qayğısı altındadır. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin "Yay məktəbi" layihəsinin səfərinin Oğuzda təşkil olunması və burada gənclərin vaxtlarını səmərəli keçirmələri üçün bütün lazımi şəraitin təmin olunması hakim partiyanın gənclərə göstərdiyi yüksək diqqətin göstəricisidir. İyulun 10-dan 15-dək Oğuz rayonunda təşkil olunan "Yay məktəbi" gənclər üçün bir sıra hadisələrlə yaddaqalan və əlamətdar oldu. Belə ki, millət vəkili Rauf Əliyevin rəhbərliyi altında 50 nəfərlik qrupda birləşən və müxtəlif rayonlardan cəlb olunmuş gənclər Oğuza səfərini rayondakı Heydər Əliyev abidəsinə və muzeyinə ziyarət etməklə başladı. Səfər çərçivəsində digər günlərdə isə gənclərin sərbəst vaxtlarının daha səmərəli keçirilməsi məqsədilə müxtəlif mövzular ətrafında diskussiyalar aparıldı və geniş fikir mübadiləsi oldu. Belə ki, "Azərbaycan dünən, bu gün və sabah: Heydər Əliyev ideyaları əməli fəaliyyətdə", "Azərbaycan qlobal məkanda", "Gənclik və müasirlik", eləcə də, "İnternetdə sosial şəbəkə və gəncliyin baxışı" mövzuları ilə bağlı konfranslar və diskussiyalar təşkil olundu. Gənclərimizi maraqlandıran suallar cavablandırıldı". Qrupun rəhbəri vurğuladı ki, YAP sıralarında təmsil olunan gənclər arasında ünsiyyət və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi baxımından bu cür istirahət xüsusi önəm kəsb edir:" Bütün bunları nəzərə alaraq demək olar ki, bu gün ölkəmizdə gənclərə yüksək diqqət və qayğı müşahidə olunmaqdadır. Dövlət başçısı tərəfindən aparılan bu siyasət yüksək səviyyədə davam etdirilməkdədir. İctimai-siyasi proseslərdə fəal iştirak edən Azərbaycan gəncliyi müstəqil dövlətçilik ənənələrini yüksək tutur. Dövlət başçısı İlham Əliyevin "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında" Sərəncamı gənclər siyasətinin davamıdır. Gənclik cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak edən aparıcı təbəqə olduğundan dövlət tərəfindən gənclərin qabiliyyət və intellektual imkanlarının üzə çıxarılmasına geniş imkanlar açılır. Bu bir daha "Yay məktəbi"ndə təsdiqini tapdı. Hakim partiyanın da bu istiqamətdə gördüyü işlər, təşkil etdiyi tədbirlər təqdirəlayiqdir. YAP GB-nin "Yay məktəbi" layihəsi çərçivəsində ölkəmizin bölgələrinə təşkil etdiyi səfərlər də bu qəbildəndir. Gənclərin inkişaf etdirilməsi baxımından, davamlı olaraq, bu cür səfərlərin təşkil olunması yüksək əhəmiyyət daşıyır." Gənclərə yaradılan bu şəraiti diqqətə çəkən J.Tofiqqızı bu gün ölkəmizdə gənclərin fəaliyyətinin yüksək səviyyədə qurulduğunu da bildirdi:"Açıq şüurlu, inkişafa meyilli gənclər Azərbaycanda dəyişiklikləri həyata keçirməyə qadirdir. Oğuz qrupunun üzvləri tərfindən Prezident İlham Əliyevə müraciət ünvanlanıb. Bu, əlbəttə ki, Azərbaycan gəncliyinin həmrəyliyidir. Eyni zamanda, gənclərin Azərbaycanın gələcəkdə ictimai-siyasi həyatda yaxından iştirakına təsir göstərəcəkdir".

NƏZAKƏT

Digər xəbərlər