PDF Oxu

Sosial

  • 44

Bütün beynəlxalq səylər Ermənistanın öz təcavüzkarlıq siyasətindən əl çəkməsinə yönəlməlidir

Bütün beynəlxalq səylər Ermənistanın öz təcavüzkarlıq siyasətindən əl çəkməsinə yönəlməlidir

"Dağlıq Qarabağ probleminin nizamlanması istiqamətində aparılan danışıqlarda separatçı rejim tərəf ola bilməz. Amma Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirərək buna nail olmağa çalışır. Təbii ki, Azərbaycan tərəfi heç vaxt bununla razılaşmayacaq". Bu fikirləri Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, Ermənistanın nümayəndələri bu mövqeni bir müddət öncə də ATƏT PA-nın Belqradda keçirilən sessiyasında Azərbaycan tərəfinin təmsilçiləri ilə görüşdə də səsləndiriblər. Onun sözlərinə görə, həmin görüşün təşkilatçısı olan ATƏT PA sədri ermənilər bu iddialarına hər hansı bir münasibət bildirməyib. "Ancaq bu münaqişədən neçə illərdən bəri haqsız olaraq əziyyət çəkən tərəfin nümayəndələri kimi biz hər zaman ermənilərin cəfəng iddialarına qarşı çıxmış, öz mövqeyimizi tam əsaslandırılmış şəkildə ortaya qoymuşuq və bundan sonra da öz haqlı mövqeyimizdə israr edəcəyik. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi heç zaman tərəf ola bilməz. Ona görə də indi bütün beynəlxalq səylər Ermənistanı öz təcavüzkarlıq siyasətindən tam əl çəkməyə və konstruktiv mövqe nümayiş etdirməyə yönəlməlidir. Bir sözlə, münaqişənin ədalətli həlli üçün Ermənistana daha təsirli təzyiqlər göstərilməlidir"- deyə, E.İbrahimov vurğulayıb.

Digər xəbərlər