PDF Oxu

Sosial

  • 24

“Yeni Azərbaycan” qəzetinin Baş redaktoru Hikmət Babaoğlu Londonda yerləşən Elm və Ali Təhsil üzrə Beynəlxalq Akademiyanın sertifikatları ilə təltif olunub

“Yeni Azərbaycan” qəzetinin Baş redaktoru Hikmət Babaoğlu Londonda yerləşən Elm və Ali Təhsil üzrə Beynəlxalq Akademiyanın sertifikatları ilə təltif olunub

"Yeni Azərbaycan" qəzetinin Baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Hikmət Babaoğlu Londonda yerləşən Elm və Ali Təhsil üzrə Beynəlxalq Akademiyanın "Elmi təhlil üzrə dünya, qitə, milli və regional birincilik" layihəsi çərçivəsində keçirilmiş "İnsan cəmiyyətinin müasir inkişaf problemləri" III və "İnsan cəmiyyətinin özünütəşkil formalarının inkişafı və təşkili problemləri" IV beynəlxalq elmi-praktik konfranslarında iştirak edib.

Konfranslarda "Qloballaşmanın müasir dünya siyasətinin formalaşmasına təsiri" və "Asiyadan Avropaya miqrasiya: Avrasiyada orqanik bütövlük" mövzuları ilə iştirak edən alim müasir dövrdə müstəqil Azərbaycan Respublikasının xarici siyasətinin formalaşdırılmasında Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi prioritetlər, ölkəmizin müstəqil faktor kimi beynəlxalq münasibətlər sistemindəki yeri və rolu, hazırki mərhələdə regionda və subregionda dövlətimizin strateji çəkisi kimi məsələlərə toxunub.

Hikmət Babaoğlu Londonda yerləşən Elm və Ali Təhsil üzrə Beynəlxalq Akademiyanın sertifikatları ilə təltif olunub, məqalələri isə dərc olunmuş topluya daxil edilib. Sertifikatlar Beynəlxalq elmi layihələr departamentinin rəhbəri Tomas Morqanın imzası ilə müəllifə çatdırılıb

Digər xəbərlər