PDF Oxu

Sosial

  • 27

Azərbaycanda Beynəlxalq Gənclər Günü qeyd edilir

Azərbaycanda Beynəlxalq Gənclər Günü qeyd edilir

12 Avqust Beynəlxalq Gənclər günüdür. Bu tarix 8-12 avqust 1998-ci ildə Lissabon şəhərində keçirilmiş gənclər nazirlərinin I toplantısında qəbul edilib. Bu münasibətlə hər il dünyanın müxtəlif ölkələrində təntənəli mərasimlər təşkil olunur və gənclərin cəmiyyətdə oynadığı rol dünya ictimaiyyətinə bir daha çatdırılır. Bu gün Azərbaycanda da Beynəlxalq Gənclər Günü qeyd olunur. Azərbaycan gəncləri dünya ölkələrinə töhfələr vermək iqtidarına olan qüvvədir. Azərbaycan gəncliyi beynəlxalq aləmə inteqrasiya olunma işində fəaldırlar və beynəlxalq aləmdə nüfuz sahibi olaraq beynəlxalq gənclər hərəkatlarına qoşulur.

Azərbaycan gəncliyi öz yerini tapmaq, dövlətimizin inkişafına töhfəsini vermək istiqamətində ciddi uğurlar əldə edib. Onlar dövlət qurumlarında, ictimai təşkilatlarda, qeyri-hökumət təşkilatlarında və digər sahələrdə iştirak edir və yetərincə də mövqeləri güclüdür. Bu da, ilk növbədə, ölkə Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının nəticəsidir. Elə bir sahə yoxdur ki, Azərbaycan gənclərinin ismi orada hallanmasın. Gənclər mədəniyyət, incəsənət, idman, elm, təhsil, texnologiya, iqtisadiyyat və başqa sahələrdə öz istedadlarını və qazandıqları uğurları nümayiş etdirərək azərbaycanlı olduqlarından qürurlanırlar.

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında gənclərin inkişafı üçün önəmli məsələlər əksini tapıb. Ümumiyyətlə, bu sənəd, bütövlükdə, dövlətimizin, Prezident İlham Əliyevin Azərbaycan gənclərinə olan böyük diqqət və qayğısının göstəricisidir.

Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət müxtəlif sahələri əhatə edir. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci dövlətçilik ənənələrini daim uca tutur. Məhz Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib.

Azərbaycan gəncliyinin təşkilatlanması, milli maraq və mənafelərin təminatı baxımından da uğurlar əldə olunub. İctimai-siyasi proseslərdə fəal iştirak edən Azərbaycan gəncliyi müstəqil dövlətçilik ənənələrini yüksək tutur. Dövlət Proqramı gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin müxtəlif sahələrdə fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllində rol oynayır. Gəncliyin mənəvi və fiziki sağlamlığı cəmiyyət üçün önəmli olub. Cəmiyyətdə inkişaf mövcuddursa, deməli, o cəmiyyətdə gənclər sözünü deməyə, potensialını üzə çıxarmağa qadirdilər. Demək, intellektual, mənəvi və fiziki qüvvəyə malik gənclər ordusu var.

NƏZAKƏT

Digər xəbərlər