PDF Oxu

Sosial

  • 43

İran adlanan “cəhənnəmdən reportaj”

İran adlanan “cəhənnəmdən reportaj”

Ərəblər deyir ki, "kimin ki pəncərəsi şüşədəndir, o gərək başqasının evinə daş atmasın". Bu gerçəkliyi hamı anlasa da, Ərdəbilin imam-cüməsi, Höccətül-islam Seyyid Həsən Amili anlamaq istəmir. Farslar demişkən, bir qələt qarışdırıb, indi də o qələtini "raskrutka" etməklə məşğuldur.


Türk qanı daşıyan fars köpəyinin sərsəmləməsi


Azərbaycanın varlığından narahat olan fars zehniyyətinin qullarından olan Amili ayətullah olmaq üçün öz xalqının dünyadakı tək ölkəsinə "daş atır". Halbuki Amilidə azca vicdan, heysiyyət olsaydı, Güney Azərbaycanda "mən türkəm" dediyi üçün edam edilən soydaşları üçün İran rejiminə qarşı baş qaldırardı.

Amilidə bir az qeyrət olsaydı, ETTELAAT və SEPAH-ın həbsxanalarında min bir işgəncəyə məruz qalan, xalqının azadlığını istədiyi üçün "fahişə" damğası ilə daş-qalaq edilən, evlərindən SEPAH və BƏSİC-in qoyduğu silahlar çıxdığı üçün elektrik stolunda, dar ağaclarında can verən Azərbaycan türkləri üçün tükünü tərpədərdi.

Amili isə bütün bunları görmür. Amili Azərbaycan dilində danışsa da, farsın köpəyi olmağı seyyidlik şərəfindən üstün tutub. Amili o qədər unutqan olub ki, İranın dünyaya narkotika ixracatçısı olduğunu unudub. İran tacirlərinin mədəsindən belə narkotika tapılmasından, ölkəmizə uşaq beşiyində silah keçirməsindən "xəbərsiz"dir.

Amili o qədər korlaşıb ki, hər ay ən azı yüzə yaxın İran vətəndaşının ölkəsinə təhvil verilmə səbəbini görmür. Başqasının gözündə çöp axtarana qədər bir dəfə soruşmur ki, üstündə narkotik maddə yaxalanan və İranın tələbi ilə cəzasının qalanını İran həbsxanalarında çəkməli olanların hansı biri məhkum edilib? Bir sərhəddən bu qədər narkotikanın keçirilməsi o ölkənin narkocənnət olduğundan xəbər vermirmi?

Həsən Sabbahın "xəşxəşiləri" kimi İranda narkotikdən istifadə etməsi məcburi olan və siğədən doğulan yetim uşaqlardan ibarət ordu dəstələrinin (BƏSİC) qurulması, əslində, molla rejiminin mahiyyətindən xəbər vermirmi? Narkotiklərin satışı və istifadəsi İranın xarici siyasətinin bir parçası deyilmi? Bütün bunları Amili bilsə də, özünü görməzliyə vurur.

Azərbaycanı insan haqlarına təcavüz etməkdə suçlayan Amili öz vətəndaşlarını günahsız yerə həbs edib, edam etdirən, evlərini viran qoyub, iki metrlik yerdən az qala tank çıxaran fars rejiminin çirkin əməllərini görmür.

Burada iki avantürist təxribatçını (bu bədbəxtləri yazıq günə qoyan elə İran və Xamneyinin mənəvi övladı İsgəndər Hüseynzadədir) həbs edəndə, Ərdəbildən Bakıya teleqraf çəkən Amili nə üçün burnunun ucunda baş verənlərə səsini çıxarmır?


Ağayi Amiliyə unutduqlarını xatırladaq


1. İranın adamyeyən rejimi Urmu şəhər zindanında Mehdi Qasımzadəni "Allaha qarşı müharibə aparmaq" ittihamı ilə edam edib. Mehdi Qasımzadə və 3 digər şəxs, təqribən 4 il bundan qabaq Üçtəpə kəndində tutulmuşdular. M.Qasımzadə 4 il həbsdən sonra, bu gün Urmu şəhər zindanında edam olunmuşdur.

O, tutulan zaman məmurların ona açdığı atəş nəticəsində qıçına güllə dəymişdi. Həbsə alınandan sonra, işgəncəyə məruz qalıb və qıçının ciddi müalicəsini təşkil etmədikləri üçün iflic olmuşdu. Bu səbəbə görə, ayağında olan yaradan zindan dövründə çox əziyyət çəkmişdi.

Əlbəttə, onunla birlikdə tutulan 3 digər şəxs, yəni Səhəndəli Mühəmmədi, Bəxşəli Mühəmmədi və İbadullah Qasımzadə də edama məhkum olunublar. Amma onların edam hökmü ləğv olunub, əvəzində hərəsinə 13 il həbs cəzası verilib.

2. Siyasi fəal Mənsurə Behkiş tutulub. İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Mənsurə Behkişi iyunun 12-si axşam saatlarında Tehranın Yusifabad küçəsindən aparıblar. Mənsurə Behkişin ailəsindən 6 nəfər İran islam inqilabından sonra solçu mövqe və siyasi əqidəsinə görə edam edilib. Mənsurə Behkiş əvvəllər də bir neçə dəfə tutulub. Hazırda Tehranın Evin zindanında saxlandığı bilinən Mənsurə Behkişin konkret hansı ittihama görə tutulduğu barədə məlumat yoxdur.

3. Mayın 10-da Təbrizin 3 saylı İnqilab Məhkəməsində Məhəmməd Hüseyn Cəfərpur və İbrahim İsmaili casusluq ittihami ilə mühakimə olunublar. Hər iki fəal bu ittihamlarla "rejimə qarşı təblig", "ölkənin əmniyyətinə zədə vurmaq", "Naxçıvan və Azərbaycanın təhlükəsizlik orqanlarına casusluq etmək" və "onlarla əməkdaşlıq etmək " ittihamları ilə mühakimə olunublar.

4. Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri, gənc fəal Fərdin Muradpur 10 aya yaxındır ki, həbsdədir. 21 yaşlı milli hərəkatçı Fərdin Muradpur 10 ay əvvəl Ettelaat qüvvələri tərəfindən yaxalanaraq, 6 il həbs cəzasını çəkmək üçün Təbriz həbsxanasının 11 saylı bölməsinə aparılıb. Xatırladaq ki, bu hərəkatçını ailəsinin gözü qarşısında tutmuşdular.


Ağayi Amili darıxmasın deyə davam edək...


5. Avqustun 11-də Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəalları Səid Nəimi və Səid Muğanlı Təbriz zindanının ümumi bölümünə köçürülüblər. Səid Nəimi 95 gün, Səid Muğanlı isə 65 gündən sonra Təbriz həbsxanasının ümumi bölümünə köçürülüblər. Bu müddətdə hələ də onların həbs edilmələrinin səbəbi kiməsə məlum deyil.

Xatırladaq ki, insan haqları fəalı, Azərbaycan Siyasi Məhbuslarının Müdafiə Komitəsinin qurucularından olan Səid Nəimi 2011-ci il mayın 8-də "Ettelaat" əməkdaşları tərəfindən Kərəc şəhərində yerləşən öz evində tutulub. Səid Muğanlı isə öz ata evində həbs olunub.

Belə ki, "Ettelaat" əməkdaşları Ərdəbil vilayətindəki Üngüt şəhərinin Yelsu kəndinə gedərək soydaşımızı öz ata evində tutublar. "Ettelaat"ın 8 əməkdaşı Səid Muğanlını həbs edərkən evdə axtarış aparıb və ona aid bir çox sənəd və şəxsi əşyalarını özləriylə aparıblar.

Səid Muğanlı Azərbaycan tükcəsi və ədəbiyyatı üzrə tanınmış simalardan biridir. O, bundan öncə də İran adlanan yerin təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə təzyiqə məruz qalıb, həbs edilib.

6. Güney Azərbaycanın mədəni fəalı, tələbə hərəkatının keçmiş üzvlərindən olan Ayət Mehrəlibəyli Təbriz yaxınlığında Sofyan şəhərində şəxsi mənzilində həbs edilərək naməlum istiqamətə aparılmışdır. İnsan Haqları Müdafiə Təşkilatının xəbər agentliyi "Herana"nın verdiyi məlumata görə, Məhrəlibəylinin ailə üzvləri onun mənzilində "ETTELAAT" məmurları tərəfindən vəhşicəsinə döyülərək aparıldığını bildiriblər.

Onların dediyinə görə, mülki geyimli məmurlar heç bir məhkəmə hökmü göstərmədən evə daxil olub, yoxlama aparıblar. Ayət Mehrəlibəyliyə aid kitablarını, CD-lərini, kompüterini və başqa şəxsi əşyaların rejim məmurları götürüb aparıblar.

7. Urmu gölündəki ekoloji fəlakətin aradan qaldırılmamasına etiraz etdiyinə görə milli-mədəni fəal Babək Hüseyni Müqəddəm 2011-ci il martın 31-də "Ettelaat" əməkdaşları tərəfindən həbsə alınıb və Təbriz İnqilab Məhkəməsinin dördüncü şöbəsinin hakimi Haşimzadənin qərarıyla iyulun 25-də Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində mühakimə edilib və nəhayət, hakim Həmlbər heç bir qanuni əsas olmadan onu 1 il azadlıqdan məhrum edib.

8. Amol şəhərinin zindanında saxlanan bəhai Huşəng Fənaiyan "Ziyafət" adlı dini iclaslara qatılmaqda və "Facebook" sosial şəbəkəsinə üzvlükdə təqsirli bilinib. İlkin məhkəmədə Huşəng Fənaiyana dini rəhbəri təhqir ittihamı irəli sürülsə də, apellyasiya məhkəməsi (dadqahe təcdide nəzər) bu ittihamı götürüb. Məhkəmənin qərarı ilə Huşəng Fənaiyan bəhailikdə, sistemə qarşı təbliğatda və "Facebook" sosial şəbəkəsinə üzvlükdə günahlandırılaraq 4 illik həbsə məhkum edilib.


* * *

Qeyd: Dünyanın heç bir bucağında insanları adi şeylərə görə kütləvi şəkildə dar ağaclarında yelləndirmirlər, heç bir ölkədə belə vəhşiliyə imza atmırlar. Sizin İrandan başqa, ağayi Amili! Demək ki, pəncərələrin şüşədəndirsə, başqasının evinə daş atma. Çünki insan haqlarından, dindən-imandan danışacaq sonuncular sırasındasınız. Bunu isə təkcə biz demirik, bütün dünya deyir...


Elçin Bayramlı

Digər xəbərlər