PDF Oxu

Sosial

  • 42

Dini siyasətə alət edən dinbazlar

Dini siyasətə alət edən dinbazlar

Azərbaycanda dini tolerantlıq hökm sürür və hansısa inancı seçdiyinə görə heç kimə problem yaradılmır. Dünyəvi dövlət olaraq sivil, demokratik bir cəmiyyətə malik Azərbaycanda hüquqa söykənən idarəçilik var. Lakin cənub qonşumuz İran insan haqlarının kobud pozulduğu bir tekratik dövlət olduğundan, qonşularının da belə olmasını arzulayır.


Ölkəmiz özünün dövlət-din münasibətləri modeli ilə dünyanın ən yaxşıları sırasındadır


Hazırda Azərbaycanda dini sabitlik kifayət qədər yüksək səviyyədədir. Dövlətimiz vətəndaşların vicdan azadlığının qorunması üçün üzərinə düşən bütün vəzifələri qətiyyətlə həyata keçirir. Bunun məntiqi nəticəsi olaraq ölkəmizdə dövlət-din münasibətləri müasir qanunvericilik səviyyəsində tənzimlənir, dini etiqad azadlığı tam qorunur, tolerantlıq daha da möhkəmlənir.

Azərbaycanda yaradılmış tolerant durumdan yararlanan bəzi qüvvələr öz çirkin məqsədlərini həyata keçirməyə çalışırlar. Əminliklə demək olar ki, qanunazidd əməllərlə məşğul olan belə qrupların dinlə heç bir əlaqələri yoxdur. Onlar xarici radikalların buradakı ruporu olmağın müqabilində maliyyə vəsaiti ilə təmin olunur və təlimatlandırılırlar.

Azərbaycan cəmiyyəti bu kimi məsələlərə qarşı həmişə prinsipial mövqedə dayanıb. Çünki Azərbaycan bu gün ötən əsrin 90-cı illərinin əvvəllərindəki dövlət deyil. İndi dövlətimiz kifayət qədər güclü, cəmiyyətimiz isə kifayət qədər yüksək inkişaf etmiş, intellektual cəmiyyətdir.

Azərbaycanı sevməyən bəzi qüvvələrin ruporu olan və dini sferada təmsil olunan bu qrupların maliyyə vəsaitləri ilə təmin edilməsi istisna deyil. Çünki belə işlərlə məşğul olmaq üçün də maliyyə lazımdır. Bu qrupların əksəriyyətinin satın aldıqları, yaxud kirayələdikləri ofisləri, media orqanları və başqa təbliğat vasitələri var. Bütün bunları idarə etmək üçün kifayət qədər böyük maliyyə vəsaiti lazımdır.


Gilavar özü ilə təkcə isti küləklər gətirmir, həm də soyuq qonşuluq abı-havası gətirir


Bu proseslərin konkret olaraq İrandan qaynaqlandığına heç kimin şübhəsi yoxdur. Düzdür, bu məsələdə (ölkədə radikal dindarlığın və mövhumatın güclənməsində) bəzi qonşu ölkələrin və Qərb dairələrinin də böyük rolu var, amma ən böyük payın Tehrana aid olduğu şübhəsizdir.

Azərbaycanın sürətlə hərbi-iqtsadi cəhətdən möhkəmlənməsi, siyasi nüfuzunu artırması, regionda söz sahibinə çevrilməsi Tehranı yaman narahat edir. Radikal dindarların əsas məqsədi Azərbaycanı sivil, demokratik inkişaf yolundan döndərmək, şəriət qanunlarını tətbiq etmək, bəzi ölkələr kimi Azərbaycanda dindar, teokratik cəmiyyət qurmaq, ölkəmizi qeyri-stabillik nümunəsinə çevirməkdir.


Azərbaycan İranın ona təhlükə yaratmayan yeganə qonşusudur


Politoloq Mübariz Əhmədoğlunun fikrincə, İranın indi ən təhlükəli dövrüdür. Azərbaycanı çıxmaq şərtilə ətrafındakı bütün qonşularından ona qarşı təhlükə axır. Ərəb inqilabları ərəb rejimlərini dəyişsə də, İrana qarşı münasibəti zərrə qədər də dəyişməmişdir. Əksinə, indi İran özünü daha az təhlükəsiz hesab edir.

İran-Türkiyə münasibətləri hətta şah rejiminin devrildiyi, Qərbin İrandakı maraqlarının da uçulub-dağıldığı dövrdə də indiki qədər gərgin olmamışdı. Suriya məsələsinə görə "müharibə" termini İran-Türkiyə münasibətlərində açıq mətnlə işlənir. İran nəinki Türkiyəyə, hətta Türkiyənin mində biri qədər olan hansısa bir dövlətə hücum edə bilməz, çünki beynəlxalq ictimaiyyət BMT TŞ-dən müharibə sanksiyası əldə etmək üçün bəhanə axtarır.

Belə vəziyyətdə İrana qarşı aşkar "müharibə" edəcək dövlətlər olduğu halda, bədnam məşhur general S.H.Firuzabadi Azərbaycana, onun rəhbərliyinə hədə gəlməyə başladı. Azərbaycan İranın o qonşusudur ki, İrana qarşı təhlükə yaratmır və təhlükənin yaranmasında iştirak etmir. İran tərəfinin Azərbaycan Respublikasının daxilində Allahı, ədaləti, məntiqi, normal qonşuluğu danaraq gördüyü işlər də Azərbaycan rəhbərliyinin İrana qarşı münasibətini dəyişməmişdir.


Elçin Bayramlı


Digər xəbərlər