PDF Oxu

Sosial

  • 9

Cəmiyyətdən gələn sosial sifarişlərə uyğun olaraq qanunlar təkmilləşdirilir

Cəmiyyətdən gələn sosial sifarişlərə uyğun olaraq qanunlar təkmilləşdirilir

"Milli Məclisin qarşıdan gələn payız sessiyası ilə bağlı komitəmizin gündəliyində iki qanun layihəsi var və onları sessiyanın plenar iclaslarının müzakirəsinə tövsiyə etməyi nəzərdə tuturuq. Bu qanun layihələrindən biri ötən sessiyanın birinci oxunuşunun müzakirəsindən keçən "Sosial xidmət haqqında" qanun layihəsi, digəri isə "Pasiyentlərin hüquqları haqqında" qanunvericilik aktıdır". Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, komitədə aparılan müzakirələrdən sonra sosial xidmətlə bağlı sənəd ikinci oxunuşun, pasiyentlətin hüquqları ilə əlaqədar sənəd birinci oxunuşun müzakirəsinə tövsiyə olunacaq. Bununla yanaşı, komitə sədri sessiya ərəfəsində Ailə və Əmək məcəllələrinə edilməsi gözlənilən bir sıra dəyişikliklərlə bağlı qanun layihələrinin də ilkin olaraq komitənin, sonra isə plenar iclasların müzakirəsinə təqdim edilməsinin istisna olunmadığını bildirib.

"Bu məcəllələr daim gündəmdə olan və işlək məcəllələrdir. Bu məcəllələrə də tez-tez qayıdırıq və bəzi düzəlişlər edirik. Bununla belə, cəmiyyətin sosial sifarişi kimi bu məcəllələrə növbəti dəyişikliklər edilməsi zərurəti var və biz də bunu diqqətdə saxlayırıq. Yəni, hər iki məcəlləyə dəyişikliklər edilməsini və məqamı çatanda onların müzakirələrə tövsiyə olunmasını nəzərdə tuturuq"-deyə, H.Rəcəbli vurğulayıb.


Arif Rəhimzadə: Azərbaycanda bələdiyyələrin fəaliyyəti təkmilləşdikcə, onların səlahiyyətlərinin artırılması məsələsinə baxıla bilər "Azərbaycanda bələdiyyələr tədricən öz fəaliyyətlərini təkmilləşdirirlər". Bu fikri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib. A.Rəhimzadə bildirib ki, yerli özünü idarəetmə orqanlarının işi təkmilləşdikcə, onların səlahiyyətlərinin artırılması məsələsinə baxmaq olar.

Digər xəbərlər