PDF Oxu

Sosial

  • 13

Minskdə ekspertlər MDB iştirakçıları olan dövlətlərin təhsil sahəsində qarşılıqlı fəaliyyəti məsələlərini müzakirə edəcəklər

Minskdə ekspertlər MDB iştirakçıları olan dövlətlərin təhsil sahəsində qarşılıqlı fəaliyyəti məsələlərini müzakirə edəcəklər

Minskdə, MDB-nin İcraiyyə Komitəsindən bildirmişlər ki, sentyabrın 13-14-də Belarus paytaxtında, birliyin mənzil-qərargahında MDB iştirakçısı olan dövlətlərin ümumtəhsil müəssisələrinin müəllimlərinin ixtisasının artırılması haqqında sazişin və Müstəqil Dövlətlər Birliyinin "MDB təhsil əlaçısı" döş nişanının təsis edilməsi haqqında qərarın layihələrinin tamamlanması və razılaşdırılması üzrə ekspert qrupunun iclası keçiriləcəkdir.

Ekspertlərin müzakirəsinə təqdim edilən saziş layihəsində təhsil fəaliyyətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi, habelə təhsilin keyfiyyətinə nəzarət üçün birgə tədbirlər, o cümlədən ümumtəhsil müəssisələrinin müəllimlərinin ixtisasının artırılmasını təmin edən tədris müəssisələrinin lisenziyalaşdırılması nəzərdə tutulur. Bu halda tərəflərdən hər biri digər tərəflərin onun ərazisində daimi yaşayan vətəndaşlarına ixtisasartırma sahəsində göstərilən tərəfin vətəndaşları ilə bərabər hüquqlar verəcəkdir. Gözlənildiyinə görə tərəflər ixtisasartırma sahəsində xidmətlər təqdim edən təhsil müəssisələri, bu cür xidmətlərin alınmasında marağı olan təşkilatlar arasında birbaşa əlaqələrin inkişafına və təcrübə mübadiləsinə, habelə təhsil xidmətlərinin reklamına və sərgi fəaliyyətinə kömək edəcəklər.

Ekspertlərin Minskdə keçiriləcək iclasında "MDB təhsil əlaçısı" döş nişanının təsis edilməsi məsələsi də müzakirə ediləcəkdir. Bu nişan MDB üzvü olan dövlətlərin təhsil sahəsində əməkdaşlıq üzrə şurasının ali mükafatı olacaqdır. Həmin nişanla birlik ölkələrinin ümumi təhsil məkanının və əməkdaşlığın inkişafına sanballı töhfələrə, uşaq və gənclərin təlim-tərbiyəsində yüksək nailiyyətlərə görə təltif ediləcəklər. Döş nişanı ilə təltif olunmağa təqdimat MDB ölkələrinin təhsil (və elm) nazirliklərinin təşəbbüsü ilə həyata keçiriləcək, bu barədə qəti qərar isə MDB iştirakçıları olan dövlətlərin təhsil sahəsində əməkdaşlıq üzrə şurasının iclasında qəbul ediləcəkdir.

Digər xəbərlər