PDF Oxu

Sosial

  • 14

“Xural” layiqli cəzasına çatdı

“Xural” layiqli cəzasına çatdı

Mətbuat Şurası növbəti reket qəzetlərin siyahısını müvafiq komissiyaya təqdim edib
Qeyd etdiyimiz kimi, ölkədə mətbuat üçün yaradılmış imkan və müasir standartlar istənilən informasiya vasitələri üçün münbit şərait yaradır. Bu şəraitdən istifadə edən istər yazılı, istərsə də elektron KİV informasiya yaymaq istiqamətində modern prinsiplərdən yararlanır. Onu da vurğulamaq yerinə düşərdi ki, bilavasitə, mətbuatın iş prinsipi ilə ilgilənən təşkilat - Mətbuat Şurası bu müstəvidə xeyli irəliləyişlərə imza atmağa nail olmuşdur.
Eyni zamanda, Mətbuat Şurasının nəzdində fəaliyyət göstərən müvafiq komissiya strukturları ölkə mətbuatında baş verənləri yerindəcə araşdırıb nəticə çıxarırlar. Bu əsnada, hər ay MŞ tərəfindən ölkə mətbuatında reketçiliklə məşğul olan qəzetlərin də siyahısı tərtib olunaraq ictimaiyyətə təqdim edilir. Bundan ibrət dərsi götürərək, fəaliyyətlərinə nəzərə salan bir sıra qəzetlər öz fəaliyyətlərində geniş dəyişikliklər etməyə nail olublar. Daha dəqiq desək, onlar reketçilik fəaliyyətindən əllərini üzüblər. Bu isə bir qayda olaraq, MŞ-nin gördüyü ciddi tədbirlərin nəticəsi kimi dəyərləndirilir. Lakin elə qəzetlər də var ki, hələ də bir vəsiqədən və bir-iki "jurnalist"dən ibarət qruplar yaradıb, bilavasitə, cinayət əməlləri ilə məşğuldurlar. Həmin qəzetlərin adları artıq sözügedən reket qəzetlər siyahısında dəfələrlə hallanır və hallanmaqdadır.

"Xural"ın "geniş imkanı" daraldı
Ancaq budəfəki siyahıda yeni bir qəzetin, daha dəqiq desək, "qəzet" fəaliyyəti altında "töycü" toplayan "Xural" adlı kağız parçasının adı hallanıb. Və əslində, bu "qəzetin" adı reket qəzetlər siyahısında daha öncələrdən yer almalı idi. Hətta onların arasında rekord qırmalı idi. Jurnalistikadan kənar istənilən şivənlik və həyasızlıqla məşğul olan "Xural" ünsürlərinin bu sahədə, yəni pul toplamaq sahəsində, necə deyərlər, "tayı-bərabəri" yoxdur. Çünki bu qəzetin "fəaliyyətində" bir sıra pərdəarxası məqamlar dayanır.
Məsələn, ayaqyolunda istifadə edilən, eləcə də, keyfiyyətsiz "silici kağız" parçasından da betər olan bu "qəzetdə" daha hansı əməllərə rəvac verilmirdi? Hətta vəziyyət, mən deyərdim, qudurğanlıq o həddə çatmışdı ki, adıçəkilən kağız parçasının baş redaktorundan tutmuş texniki işçisinə qədər bütün heyətdən həmin "silici kağız"ın iyi-qoxusu gəlirdi. Belə olan təqdirdə, onların dezinfeksiya edilmələrinə ehtiyac var idi ki, bunun da vaxtı çatdı.
Xüsusilə, qeyd etmək lazımdır ki, MŞ tərəfindən "Xural" adlı "silici kağıza" daha öncələrdən dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, bu kağızın "baş yazar"ından tutmuş, "jurnalist"lərinə qədər heç kim xəbərdarlıqları ciddiyə almayıb. Nəticədə, "qəzet"in adı da müvafiq yerə - reket qəzetlər siyahısına həkk edilməsi üçün komissiyaya təqdim olundu. Nəzərə alsaq ki, bu "silici" dəfələrlə dövlətin bir çox strukturlarında çalışan dövlət məmurlarına qarşı şantaj və böhtan xarakterli çıxışlar edirdi, o zaman məlum olur ki, məhz onun əməkdaşları reket jurnalistlər arasında "ən bərkgedən"ləri olublar. Lakin belə bir atalar misalı var ki, "bərk gedən az yaşayar". Ona görə də "Xural" qəzetinin orta yaş dövrünü keçməsi ona nəsib olmadı. Sonda oxucu kütləsinə tualet kağızı təsiri bağışlayan bu "qəzet" də öz yerini tapdı. Özü də öz istəyi ilə...

Pozğunluq yuvasına çevrilmiş redaksiya və ya "Xural" adlı "Pent House"
Hətta o da məlumdur ki, orada çalışan "əməkdaşlar" ölkənin bütün bölgələrinə səpələnərək, jurnalist adı altında mənəvi dəyərlərə sığmayan pozğunluqlarla məşğul olublar. Təkcə bu "qəzet"in alkoqolik "jurnalist"inin Lənkərandakı dini ocağa hücumunu və xuliqanlığını nəzərə alsaq, kifayət edər. Daha dəqiq desək, həyasızlığın sırf təzahürünü görmüş oluruq. Ancaq başqa məqamlar da mövcuddur ki, bunu ictimailəşdirmək qəzet səhifəsində mümkün deyil və müəyyən normalara sığmaz. Sadəcə ipucu vermək kifayət edər. Belə ki, iaşə obyekti adı altında qeyri-qanuni fəaliyyət göstərən pozğunçuluq yuvalarında onların öz dilləri ilə desək, "roza"lıqlar edən "xuralçılar" nəticədə əməlli-başlı professional reketçi fahişələrə dönüblər. Daha dəqiq desək, qəzetçilik fəaliyyəti ilə deyil, "Pent House"yə (pozğunlar evi-R.N.) işləyiblər. Bunun isə normal düşüncəli ictimaiyyət tərəfindən necə qarşılandığını hər birimiz bilirik. Ona görə də haqq öz yerini tapdı və "Xural" dərəyə yuvarlandı... Nəticə etibarilə, vurğulamaq yerinə düşərdi ki, "Xural" "qəzeti"nin hakimiyyət strukturlarından, həmin strukturlarda çalışan dövlət məmurlarından, tanınmış ictimai-siyasi xadimlərdən, elm adamlarından tələb etdikləri qeyri-qanuni vasitələr bu orqanın imdadına çatmadı. Əslində, bu gün həmin imdad çağırışlarını "Xural" "qəzeti"nin özü edir. Yəni düşdüyü siyahıda reket bataqlığından çıxmağa cəhd göstərir. Bu zaman sual yaranır: görəsən, "Xural" bataqlıqdan çıxa biləcəkmi? Belə getsə, heç vaxt...

Rövşən NURƏDDİNOĞLU

P.S. Daha bir atalar misalını xatırlatmaq yerinə düşərdi: "Uzunqulaq bir dəfə palçığa batar". Amma "Xural"ın bunu bir dəfə etməsi heç də inandırıcı görünmür.

Digər xəbərlər