PDF Oxu

Sosial

  • 8

Kazanda Qeyri-maddi irs üzrə TÜRKSOY-un IV seminarı keçirilib

Kazanda Qeyri-maddi irs üzrə TÜRKSOY-un IV seminarı keçirilib

Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində keçirilmiş Qeyri-maddi irs üzrə TÜRKSOY-un IV seminarında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyini Mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli təmsil edib. Beynəlxalq seminarla paralel təşkil olunmuş TÜRKSOY-a üzv dövlətlərin YUNESKO üzrə Milli Komissiyalarının II iclasında YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının attaşesi Ramin Əliyev iştirak edib.

Qeyri-maddi irs üzrə TÜRKSOY-un IV seminarına Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Türkiyə Respublikası, Türkmənistan, Rusiya Federasiyasının Tatarıstan Respublikası və Başqırdıstan Respublikası, Şimali Kipr, Moldovanın Qaqauz Yeri, TÜRKSOY və YUNESKO-dan nümayəndə heyətləri qatılıb.

Mədəniyyət və Turizm İdarəsindən aldığımız məlumata istinadən, Rusiya Federasiyanın Tatarıstan Respublikasının mədəniyyət naziri Ayrat Sibaqatullin tərəfindən açılmış və TÜRKSOY Türk Mədəniyyəti Beynəlxalq Təşkilatı tərəfindən aparılan tədbirdə TÜRKSOY-un Qeyri-maddi mədəni irsə həsr olunmuş İnternet saytının təqdimatı keçirilib. TÜRKSOY-a üzv dövlətlərin Qeyri-maddi mədəni irsinin Siyahısının layihəsi, TÜRKSOY-un 2012-2015-ci illər üçün "Qeyri-maddi mədəni irs paytaxtları" proqramının formalaşdırılması, TÜRKSOY-un "İrsin canlı daşıyıcıları" proqramının təşəkkül tapması, YUNESKO-ya müştərək təqdim edilmək məqsədilə TÜRKSOY-da iştirakçı ölkələr tərəfindən ümumi mövzuların müəyyən edilməsi və müştərək sahə tədqiqatların aparılmasına dəstək verilməsi, qeyri-maddi mədəni irs üzrə mütəxəssislərin hazırlanması məqsədilə birgə təhsil proqramlarının hazırlanması və sair məsələlər müzakirə olunub.

Azərbaycan tərəfi "Qeyri-maddi mədəni irsin qorunmasına dair" YUNESKO Konvensiyasının tövsiyələrinə əsasən və qeyri-maddi mədəni irs sahəsində beynəlxalq təcrübədən, o cümlədən, Avropa Şurasının "Avropada mədəniyyət siyasəti və təmayüllərinin Kompendiumu" kimi beynəlxalq layihələrdən bəhrələnərək həyata keçirilən islahatlar barədə məlumat verib.

Göstərilənlər bir daha nümayiş etdirib ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən Azərbaycan qeyri-maddi mədəni irsinin qorunması sahəsində dövlət strategiyası və klub müəssisələrinin islahatı üzrə nəzərdə tutulmuş tədbirlər düzgün istiqamətdə inkişaf etdirilir.


ZÜMRÜD

Digər xəbərlər