PDF Oxu

Sosial

  • 12

“Neft dövlətindən inkişaf etmiş dövlətə aparan yol”

“Neft dövlətindən inkişaf etmiş dövlətə aparan yol”

Sentyabrın 20-sində neft və qaz sənayesi işçiləri günü münasibətilə, respublikamızın hər yerində olduğu kimi, Astarada da bayram tədbiri keçirilibdir. Tədbir iştirakçıları ilk öncə rayonun mərəkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar. Sonra toplantı iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxıblar.

Sonra tədbir Astara magistral qaz kəmərləri sahəsində keçirilib. Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Tədbiri giriş sözü ilə Astara Magistral qaz kəmərləri sahəsinin rəisi Cəbrayıl Salmanov bayram sevincini onlarla bölüşüb, ölkə neftçilərinin uğurlu nailiyyətlərindən danışıb. Astara magistral qaz kəmərləri sahəsinin rəisi Cəbrayıl Salmanov peşə bayramı münasibətilə və görülmüş işlər barədə məruzə edib.

Bayram tədbirində Astara MQKS-nin həmkarlar təşkilatının sədri, energetik Yusubəli Səmədov, rayon qaz istismarı sahəsinin rəis əvəzi Füzuli Məmmədov, Astara MQKS-nin rəis müavini Rövşən Məstiyev, qaz istismarı sahəsinin hüquqşünası Nail Fərziyev, qəza dispetçer üzrə usta Şamil Əliyev və başqaları çıxış edərək öz həmkarlarını təbrik etmiş, iş sahələrində onlara bundan sonra da uğurlar qazanmalarını arzulamışlar.

Tədbirdə Astara rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov Azərbaycanda neft və qaz sənayesinin zəngin tarixə malik olduğunu bildirib: "Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 17 il öncə imzalanan "Əsrin müqaviləsi" neft strategiyasının və iqtisadi inkişafın özülünü qoydu. Bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan böyük neft strategiyası 1994-cü ilin sentyabrın 20-də 15 dövlətdən 33 şirkətin iştirakı ilə imzalanan "Əsrin müqaviləsi"nin reallaşması üçün şərait yaratdı. Bunun nəticəsi olaraq dövlətimizin siyasi, iqtisadi və s. cəhətdən inkişafına önəmli təkan verəcək, Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan ixrac neft boru kəməri istismara verildi".

Tədbirin sonunda Astara rayon rəhbərliyi fəal qaz işçilərinə fəxri fərman və hədiyyələr təqdim edib. Həmçinin, Astara magistral qaz kəmərləri sahəsində və qaz istismarı sahəsində çalışan 99 işçi Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilib, bir qrup işçiyə isə partiyanın üzvlük biletləri təqdim olunubdur.

Tədbir Azərbaycanın dövlət himninin səslənməsi ilə sona yetib.


AYTƏN SƏMƏDOVA

Digər xəbərlər