PDF Oxu

Sosial

  • 11

Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Azərbaycana səfər edəcək

Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Azərbaycana səfər edəcək

Rusiya Baş nazirinin müavini və Prezidentin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponin oktyabrın əvvəlində Azərbaycana səfərə gələcək.

Bu sözləri Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin sentyabrın 28-də keçirdiyi mətbuat konfransında deyib.

Y.Şedrin bildirmişdir ki, A. Xloponini Şimali Qafqaz respublikalarını təmsil edən rəsmi şəxslər və işgüzar dairələrin nümayəndələri müşayiət edəcəklər.

Bu səfərin ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə yeni töhfə verəcəyinə ümidvar olduğunu qeyd edən Rusiyanın ticarət nümayəndəsi vurğulayıb ki, səfər çərçivəsində Azərbaycan ilə Rusiya arasında əməkdaşlığa dair 3-4 sazişin imzalanacağı gözlənilir.

Digər xəbərlər