PDF Oxu

Sosial

  • 10

Erməni diasporu Ermənistan rəhbərliyinin kursundan narazıdır

Erməni diasporu Ermənistan rəhbərliyinin kursundan narazıdır

Son günlər mətbuatda ən çox müzakirə mövzusu olan Ermənistan prezidenti Serj Sarkisyanın ABŞ-a səfəri ilə bağlı məsələnin hallanmasıdır. Ermənistan prezidentinin bu səfəri Amerika erməni diasporu və Ümummilli Erməni Konqresi tərəfindən əngəllənməsinin dünya gündəmində birmənalı qarşılanmadığı da vurğulanılır.

Belə ki, çoxları bunu Sarkisyan rejiminin həyata keçirdiyi siyasətin yarıtmaz məntiqi nəticəsi kimi qəbul edir, kimisi də... Görünən isə odur ki, artıq xarici ölkələrdəki erməni lobbisi Ermənistan hakimiyyətinin yeritdiyi son siyasətdən narazı qaldığını açıq-aydın bildirib. Hətta məlumdur ki, Los-Ancelesdə yaşayan ermənilər Sarkisyanın ABŞ-a buraxılmaması üçün kampaniya da aparıblar. Erməni diasporası onun adını Birləmiş Ştatlarda arzuolunmaz şəxslər siyahısına daxil etməyə çalışır.

Məsələyə toxunan politoloq Rüstəm Məmmədov "Səs" qəzetinə verdiyi açıqlamasında bildirdi ki, hər bir dövlət xadimi, hər hansı bir məkanda olursa-olsun, özünü siyasi xadim kimi göstərməlidir. Lakin erməni xalqının rəhbəri barədə bu cür danışmağın nə yeri, nə də mənası var. Bir "lider" ki, öz xalqı tərəfindən dəstəklənmirsə, demək onun idarə etdiyi hakimiyyət oyuncaq kimi dəyərləndirilir. Həmçinin, erməni "lideri"nin nüfuza malik olması qətiyyən mümkün deyil: "Çünki bu adam stabil fikirə malik deyil. Hər dəfə xarizmatik olmayan "siyasəti" ilə özünü nümayiş etdirir. Buna görə də, Ermənistan prezidentinin xarici ölkələrdəki erməni lobbisi tərəfindən belə qarşılanması reallıqdır".

Politoloq Cümşüd Nuriyev isə "Səs"ə verdiyi açıqlamada Serj Sarkisyana qarşı erməni diasporasının son addımını düşünülmüş işğalçı ölkənin rəhbərinə qarşı etiraz kimi qiymətləndirib: "Bildiyiniz kimi, sentyabr ayında keçirilən və MDB-nin 20 illiyinə həsr olunmuş konfransa Azərbaycan Prezidenti İlham Əliyev cənablarının getməməsi, Sarkisyanla bir masa arxasında oturmaq istəməməsi faktı erməniləri pis vəziyyətə salmaqla yanaşı, onlara inamsızlığı da yetərincə ortaya qoyur. Məlumdur ki, oktyabr ayında Rusiya prezidenti D.Medvedevlə Azərbaycan Prezidenti İlham Əliyev arasında növbəti görüş planlaşdırılır. Oktyabrın axırında isə Azərbaycan "Nabucco" layihəsinə razılıq verməlidir. Çünki Türkiyə ilə olan münasibətlər bu məsələni gündəmə gətirir. Belə bir vəziyyətdə Rusiyanın başqa variantı qalmır. Həm də Rusiya hökumətinin başı ilin sonunda keçiriləcək parlament seçkilərinə qarışıb. Mart ayında da prezident seçkiləri keçiriləcək. Belə vəziyyətdə Rusiya ABŞ-ın Qafqazda maraq dairəsini daraltmaq üçün ermənilərlə birlikdə belə bir ssenari hazırlayıb. Əvvəla, Sarkisyan kimdir ki, diaspora belə bir plan hazırlasın və onu Amerikaya buraxmasın. O, prezident də olsa, sıradan bir insandır. Ona qadağanı hökumət qoymur. Qadağanı qoyan Ümummilli Erməni Konqresidir. Əslində, onlar Sarkisyanı müdafiə etmək üçün bu planı ortaya atıblar. Əsas məsələ odur ki, onların əlində heç bir vasitə qalmayıb".


AYTƏN SƏMƏDOVA

Digər xəbərlər