PDF Oxu

Sosial

  • 5

“Azərbaycan qadınları müstəqillik illərində”

“Azərbaycan qadınları müstəqillik illərində”

Dünən YAP Tərtər rayon təşkilatının qadınlar şurası müstəqilliyimizin 20 illiyinə həsr olunan "Azərbaycan qadınları müstəqillik illərində" mövzusunda dəyirmi masa keçirib.
YAP Tərtər rayon təşkilatının qərargahında keçirilən dəyirmi masada rayon təşkilatının qadınlar şurasının sədri, rayon icra hakimiyyətinin başçısının müavini Xatirə Məmmədova "Azərbaycan qadınları müstəqillik illərində" mövzusunda çıxış edib: "Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına inteqrasiyası proseslərinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində xalqı vahid məfkurə ətrafında birləşdirmişdir. Azərbaycandakı dinamik inkişaf, müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın dünyada analoqu olmayan sürətlə inkişaf etməsi mövcud olan zəminin nəticəsidir. Müasir dövrümüzdə hər kəs tərəfindən müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin fəaliyyətini örnək kimi qəbul edilir. Ulu Öndər Heydər Əliyev siyasi fəaliyyətində qadın siyasətinə önəm verməsi məlum faktordur. Müstəqil Azərbaycan dövlətinin formalaşmasında və inkişafında qadınlara önəm verən lider onların irəli çəkilməsində böyük layihələr həyata keçirmişdir. Heydər Əliyev hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolunu tutaraq, qadın, ailə və uşaq problemlərinə böyük önəm vermişdir. Belə ki, Onun məqsədyönlü siyasətinin əsasında qadın siyasəti dayanırdı. Heydər Əliyevin Azərbaycan qadınına olan sayğısı, Onun ölkəmizdə açıq cəmiyyət uğrunda gördüyü işlər gender probleminin həlli üçün hərtərəfli baza yaratdı. Bu baxımdan bu gün YAP-ın sıralarını kifayət qədər qadınlar təşkil edir. Bu Azərbaycan qadınının inam və iradəsini, Onun məntiqli düşüncəsini əks etdirir. Azərbaycan qadını ölkədə gedən quruculuq işlərindən, onun abadlaşmasından, sosial rifah halının yüksəlməsindən qürurlanıb istək və tələblərini həyata keçirməkdə müstəqil addımlar atır. Məhz Heydər Əliyevin qadına göstərdiyi qayğının nəticəsidir ki, müasir Azərbaycan qadını məsul vəzifələrə irəli çəkilir".
Tədbirdə Qarağacı tam kənd orta məktəbin direktoru Fitat Əmirova, Hacıqərvənd kənd bələdiyyə sədri Qənisə Əliyeva, rayon təhsil şöbəsinin metodisti Gülarə Abbasova, MKS-nin metodisti Sevda İskəndərova, YAP Tərtər rayon təşkilatının qadınlar şurasının üzvü Mərziyə Qəndilova, 1 saylı tam orta məktəbin direktoru Nəcibə Muradova, YAP Tərtər rayon təşkilatının aparat rəhbəri Kamil Məmmədov və başqaları çıxış edərək, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktını xalqımızın həyatında tarixi bir hadisə kimi dəyərləndirmiş, o vaxt ölkəmizin üzləşdiyi ciddi problemlərdən, erməni təcavüzündən düşmən qüvvələrinin Azərbaycanı parçalamaq kimi məkrli niyyətlərindən söz açıblar.

R.Hüseynova

Digər xəbərlər