PDF Oxu

Sosial

  • 9

Azərbaycanlı gənclərə, ilk dəfə olaraq, Nobel təqaüdləri təqdim olundu

Azərbaycanlı gənclərə, ilk dəfə olaraq, Nobel təqaüdləri təqdim olundu

Nobel qardaşlarının iqamətgahı - Villa Petroleada Azərbaycan Dövlət İqtisad Universitetinin ilin ən müvəffəqiyyətli beş tələbəsinə Nobel təqaüdləri təqdim olundu.
Nobel Beynəlxalq qardaşlıq Fondunun təsisçisi Filip Nobel tərəfindən təşkil edilmiş tədbirdə Nobel laureatları, professorlar - Finn Erlinq Kidland və Kristofer Antoniu Pissarides iştirak edirdilər. Tədbirdə çıxış edən Filip Nobel Nobel Fondunun elmin inkişafına dəstək məqsədi ilə yarandığını bildirərək fəaliyyətə başladığı dövr ərizində bir çox insanların ideyalarının həyata keçirilməsində, gənc nəslin elmə həvəs oyatmasında təkanverici qüvvəyə malik olduğunu iştirakçıların diqqətinə çatdırdı. Daimi ideyalarını gerçəkləşdirməyə çalışan fond bu gün də həmin ideyalara sadiqdir və elmin tərəqqisi naminə gənclərə köməyini əsirgəməyir. Filip Nobel Azərbaycan Dövlət İqtisad Universitetinin fərqlənmiş tələbələrinə Azərbaycanda, ilk dəfə olaraq, Nobel təqaüdünü təqdim edilcəyini bildirdi. Belə bir ənənənin davamlı olacağını söylədi. O, gənclərə uğurlar arzuladı. Tədbirdə çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev Nobel mükafatçılarının iştirak etdiyi tədbirin xüsusi əhəmiyyət daşıdığını qeyd etdi. O bildirdi ki, müasir gənclər yalnız təhsillə, universitetlərdə aldıqları biliklə irəli gedə bilərlər. Bu mənada, təhsil ocaqlarının da üzərinə məsuliyyət düşür. Rektor tələbələrə elmi daha dərindən mənimsəmək üçün dövlət səviyyəsində lazımi şərait yaradıldığını da söylədi. Təqdimat mərasimindən sonra Nobel Beynəlxalq qardaşlıq Fondunun təsisçisi Nobelə, eləcə də, qonaq qismində iştirak edən Nobel mükafatçılarına universitet rəhbərliyi tərəfindən Azərbaycan xalqının nadir sənət nümunələri olan xalçalar təqdim edildi.

NƏZAKƏT ƏLƏDDİNQIZI

Digər xəbərlər