PDF Oxu

Sosial

  • 13

Pozuculuq fəaliyyəti göstərən müxalifət özünü uğur qazanmağa kökləyib

Pozuculuq fəaliyyəti göstərən müxalifət özünü uğur qazanmağa kökləyib

Nurəddin Məmmədli:


İsa dodaqaltı çox söyəcəkdi,

Xaric qapısını çox döyəcəkdi,

Nə çıxır ağzından "İP" deyəcəkdi,

Təki önə çıxıb, uğur qazansın.


Əvəz Temirxan:


Özünü bossların həmkarı sansa,

Əli məsələni çaşaraq dansa,

"İP"-çilər hədyanla uğur qazansa,

"6-lar" yıxılıb yerə uzansın?


Nurəddin Məmmədli:


Uğurda erməni kirvəyə çataq,

Hədsiz sevinərik tez zəyə çataq,

Təki biz enişdən zirvəyə çataq,

Digər qurum bizsiz odlara yansın.


Əvəz Temirxan:


Ucaltmaq lüzumsuz hər bir dəlini,

Allah "İP" üstündən çəksin əlini,

Görüb "6-lar"ın gəlhagəlini,

Böhtançı "İP"-çilər uğuru dansın.


Nurəddin Məmmədli:


Qərbi pisləməkçün ürəyim dolu,

Guya biz əsilsiz, özləri ulu,

"İP" yüyürüb keçsə bu uzun yolu,

Pul verməyən boss da bezsin, usansın.


Əvəz Temirxan:


Biz "İP"-dən güclüyük fiziki zorda,

Ümidi doğruldar "İP"-çilər gorda,

Onların uğuru biz "6-lar"da,

Qoy Qərbin özü də bunları qansın.


Nurəddin Məmmədli:


"6-lar" paslı mis, "İP"-çilər almaz,

Liderləriniz də sırada qalmaz,

Əvəz, "İP"-çilərə bərabər olmaz,

Nə o "6-lar"ın, nə sənin şansın.


Əvəz Temirxan:


Önə çəkməkdəsiz lox ümidləri,

Etdiniz daima yox ümidləri,

Siz doğrultmadınız çox ümidləri,

İstərəm ki, bosslar bizləri ansın.


Nurəddin Məmmədli:


Liderlər onların üstünə qaçsın,

Bosslar üstümüzə qoy qanad açsın,

Arzu edirəm ki, "İP" şəfəq saçsın,

Ürəkdən istərəm "6-lar" sınsın.


Əvəz Temirxan:


Öz məsləkinizi pula satdınız,

Qrant kölgəsində həm çox yatdınız,

Siz "İP"-də bossları çox aldatdınız,

İstərəm ki, onlar bizə inansın.


Nurəddin Məmmədli:


Söz verdik daima biz ara vuraq,

Kütləni iqtidar üstə qaldıraq,

Bossa söz vermişik üsyan qaldıraq,

Bizi istəməyən qana bulansın.

Əvəz Temirxan:


Çox su aparacaq "İP" xəmir kündə,

Boss ilə yaşayaq biz aciz bəndə,

"6-lar" yaşasın şadlıq içində,

"İP"-in liderləri oda qalansın.


Nurəddin Məmmədli:


Ölkə daxilində işləri əyək,

Qərbə əl uzadıb qapılar döyək,

"İP"-də biz bosslarla qamburger yeyək,

Sənin "6-lar"nın ağzı sulansın.


Əvəz Temirxan:


Boss sizə üzünü yorğa çevirsin,

Həmçinin də, qorxa-qorxa çevirsin,

Qərb "İP"-ə həmişə arxa çevirsin,

Boss da bizə doğru dönüb fırlansın.


Nurəddin Məmmədli:


Biz kifayət qədər endik dərinə,

Daim əl uzatdıq şəhdi-şirinə,

Qiyam sifarişi yetsin yerinə,

Boss "İP"-in başına daim dolansın.


Əvəz Temirxan:


Olmasın təfriqə salmaq macalı,

Xarablaşsa sizdə liderin halı,

Sürtsün üstlərinə boss arı balı,

"İP"-çi dil uzadıb daim yalansın.

Nurəddin Məmmədli:


"İP" Qərblə badəni vursun üz-üzə,

Qurumlar da reytinq qursun üz-üzə,

"6-lar" kədərlə dursun üz-üzə,

İstərik ki, "İP"-də ovqat canlansın.


Əvəz Temirxan:


Əbədi tamarzı qalsın sizlərə,

Sizdə ağırlıqlar düşsün dizlərə,

Qərb qulaqburması versin sizlərə,

Sizin liderlərin üzü danlansın.


Nurəddin Məmmədli:


Görüm düşməyəsiz, əbədi xoda,

Qərb də mindirməsin sizləri moda,

"6-lar" Laləylə qalansın oda,

Sənin də, ay Əvəz, canın odlansın.


Əvəz Temirxan:


Aclıqdan qalasız bir sümük-dəri,

Hamınız olasız dəli-sərsəri,

"İP"-inizin oxu fırlansın geri,

Qoy elə "6-lar" gülüb-şadlansın.


Nurəddin Məmmədli:


Daim pulsuzluqdan əriyəsiniz,

Siz boss karvanına hürüyəsiniz,

Tısbağa yerişi yeriyəsiniz,

İşıq sürətiylə qoy "İP" xodlansın.


Əvəz Temirxan:


Siz quzuya dönün, çevrilək şirə,

Yığaq boss gülündən çox qrant-şirə,

"İP"-iniz qoy düşsün üz üstə yerə,

İstərəm ki, sənin dizin qatlansın.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər