PDF Oxu

Sosial

  • 10

Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi BSU-nun qonağı olub

Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi BSU-nun qonağı olub

Rusiya Federasiyası baş nazirinin müavini, Rusiya Federasiyası prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Gennadiyeviç Xloponin Azərbaycana səfəri çərçivəsində Bakı Slavyan Universitetinin qonağı olub. Qonaqlar sırasında Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri V.D.Doroxin, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri P.Bülbüloğlu və A.G.Xloponini müşayiət edən nümayəndə heyəti də iştirak edib. Qonaqlar BSU-da fəaliyyət göstərən Rusiya Tədris-Mədəniyyət Mərkəzi və onun kitabxanası ilə tanış olduqdan sonra BSU-nun akt zalında universitetin professor-müəllim və tələbə heyəti ilə görüşüblər.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev qonaqları salamlayaraq, bu görüşün universitetin müəllim və tələbə heyəti üçün böyük əhəmiyyətə malik olduğunu qeyd edib: "Ümid edirik ki, bu görüş Şimali Qafqazda yerləşən ali təhsil ocaqları ilə daha sıx əlaqələrin qurulmasına, təhsil, elm və mədəni sahələrdə ölkələrimiz arasındakı əməkdaşlığın genişlənməsinə, xalqlarımız arasında mənəvi birliyin güclənməsinə xidmət göstərəcək. Rus dili, rus ədəbiyyatı və rus mədəniyyəti ölkəmizin ictimai həyatında əsas yerlərdən birini tutur. Bu gün də rus dili Azərbaycanda geniş istifadə olunan dillərdəndir. Heç kimdən gizli deyildir ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi nəticəsində qorunub saxlanan Bakı Slavyan Universiteti regionda rusistika və slavistika sahəsində unikal təhsil ocağı kimi tanınır. BSU Azərbaycan və Rusiya, həmçinin digər slavyan və qeyri-slavyan ölkələri arasında humanitar əməkdaşlıq sahəsində vacib elementə çevrilmişdir". A.G.Xloponin isə çıxışında bugünkü görüşün Beynəlxalq Müəllimlər Gününə təsadüf etdiyindən müəllimləri bayram münasibətilə təbrik edərək, işlərində müvəffəqiyyətlər arzuladı. Azərbaycan və Rusiya, xüsusilə, də onun Şimali Qafqaz regionu arasında mövcud dostluq münasibətlərindən, onların gələcək perspektivlərindən geniş məlumat verən A.G.Xloponin xalqlarımız arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlığın mövcud vəziyyətindən razı qaldığını və əlaqələrin getdikcə daha da inkişaf edəcəyini vurğulayıb: "Çox şadam ki, bu gün Azərbaycan sürətli iqtisadi inkişaf tempinə malikdir. Bu inkişafın ən mühüm hissəsi kimi milli təhsil siyasətinin uğurla reallaşması məni daha çox sevindirir. Bu işdə ali təhsil müəssisələrinin rolu çox vacibdir və mən Azərbaycan ali məktəbləri, o cümlədən, BSU ilə Şimali Qafqaz ali təhsil ocaqlarının əməkdaşlığının genişlənməsini diqqət mərkəzində saxlayacağam".
ZÜMRÜD BAYRPMOVA

Digər xəbərlər