Azərbaycan Dövlət Neft Fondu bu il "Azərbaycan gənclərinin xaricdə təhsili üzrə" Dövlət Proqramı çərçivəsində gənclərin xaricdə təhsil alması üçün 15 milyon manat vəsait ayırıb. Trend-in məlumatına bunu Trend BİA-nın konfrans zalında keçirilən mətbuat konfransında Azərbaycanın təhsil nazirinin müavini Qulu Novruzov deyib. Onun sözlərinə görə, həmin vəsait Azərbaycan gənclərinin yaşayış, təhsil, sığorta və illik gediş-gəliş xərclərinə sərf olunur. Nazir müavini bəzi tələbələrin xaricdə təhsil almasına il ərzində 50-60 min avro xərcləndiyini də deyib.
O əlavə edib ki, hazırda Azərbaycandan kənarda 10 minə yaxın təhsil alan var. Onlardan çoxu bakalavr səviyyəsi üzrə təhsil alır. Xaricdə təhsil alanların əksəriyyəti öz vəsaiti hesabına təhsil alır.