PDF Oxu

Sosial

  • 11

Avropa “Eforea” spa mərkəzinin təqdimatı keçirilib

Avropa “Eforea” spa mərkəzinin təqdimatı keçirilib

Dünən "Hilton Bakı" otelində Avropa "Eforea" spa mərkəzinin təqdimatı keçirilib Spa mərkəzi mehmanxananın Xəzər dənizinə və Bakı şəhərinin ətrafına açılan mənzərəsi olan 23-cü mərtəbəsində yerləşir. "Hilton Bakı"nın 1 500 kvadrat metrlik spa mərkəzində hər biri özəl duşvə geyim otağına malik olan səkkiz müalicə otağı var. Lüks dəyişən sahələr, istirahət üçün keçid zalları, Cakkuzi içərisində bütün bədən üçün hidro masaj masaları və ənənəvi hamamlar Hilton Bakı "eforea"sının tərkib hissəsidir. Prezident spa otağı, özəl par otağı və sauna, 2 müalicə yatağı, yataq - divanlara və Bakının ən möhtəşəm mənzərəsinə malikdir. Spanın bütün sahələri fitnes mərkəzi və yoqa otağından dənizə görünüşü və Bakı panoramasını maksimallaşdırmaq üçün dizayn olunub. Bu məkana həm də 18 metrlik dairəvi üzgüçülük hovuzu daxildir. "Eforea" - Hilton Bakının spası həm müalicə menyusu, həm də fərdi sahədə dünyanın bir sıra ən gözəl spa brendlərini təqdim edəcək.

Hilton Mehmanxanaları və Rezortlarının qlobal rəhbəri Deyv Horton bildirib ki, "Eforea" dünyanın müxtəlif ölkələrində açılsa da, Avropada ilk belə məkandır: "Eforea"- Hilton məkanlarında spa - bütün dünya miqyası üçün açılır. Avropadakı ilk məkanımız bizim üçün daha bir mühüm mərhələdir. "Hilton Bakı"da yerləşən bu "Eforea" - Hilton spası - məftunedici şəhər və dəniz mənzərəsi təklif etməklə dörd qitəni əhatə edəcək. Bu spa qonaqlara təravətlənmək, gəncləşmək və daha parlaq görünməsi üçün dünya səviyyəli istirahət mühiti təqdim edəcək".


RÖVŞƏN

Digər xəbərlər