Musa Qasımlı: "Təəssüf ki, indi Azərbaycan müxalifətinin ölkənin inkişafı ilə bağlı konkret proqramları yoxdur və belə şəraitdə siyasi səhnədə qalmağın yeganə yolu ölkədə xaos yaratmaq cəhdidir". Millət vəkili, professor Musa Qasımlı ölkə müxalifətinin yarasız olduğunu bildirərək, əlavə edib ki, düşərgə mənsublarının əsas uğursuzluqlarının arxasında intellektuallıqdan kənar mübarizə aparmaları amili dayanıb: "Müasir dünyada hakimiyyətə gəlməyin yeganə yolu seçkidir. Bunun üçün müxalifət ciddi və cəlbedici proqramlar üzərində işləməli, itirilmiş sosial dayaqlarını bərpa etməli və xalqı özünə inandırmağa nail olmalıdır"
"Belə bir şəraitdə qarışıqlığın yaradılması Azərbaycan dövlətçiliyi və milli maraqlarımız üçün təhlükədir"
Millət vəkilinin sözlərinə görə, cəmiyyət irəli getdikcə müəyyən nöqsanlar üzə çıxır və bu, təbiidir. "Belə bir şəraitdə qarışıqlığın yaradılması Azərbaycan dövlətçiliyi və milli maraqlarımız üçün təhlükədir. Çünki bu gün bir sıra beynəlxalq mərkəzlər Cənubi Qafqazda Ermənistanı güclü bir dövlətə çevirməyə çalışırlar. Ermənistanın güclü dövlət olması isə Azərbaycanın zəiflədilməsindən keçir. Bəs Azərbaycanı necə zəiflətmək olar? Onun yolu ölkədə xaos, hərc-mərclik, anarxiya yaratmaqdan keçir" - deyə deputat əlavə edib.
RÖVŞƏN