PDF Oxu

Sosial

  • 14

Ermənistan-Amerika “həmrəyliyi”

Ermənistan-Amerika “həmrəyliyi”

Sensasion məlumatlar yaymaqla dünyada diqqət mərkəzinə çevrilən "VİKİLEAKS" saytı ABŞ-la bağlı açıqladığı məlumatlarla bu ölkənin məkrli iç üzünü bir daha çox açıq şəkildə ifşa etdi. Saytın məlumatına görə, rəsmi Vaşinqton Ermənistanda insan qırğını ilə müşahidə olunan prezident seçkilərini tanıyıb. Əslində, bu faktlar bir o qədər də təəccüblü görünmür. Çünki ABŞ beynəlxalq aləmdə elan etdiyi prinsipləri əməldə əksini həyata keçirməkdədir. Hərbi xunta ilə idarə olunan Sarkisyan rejiminin ABŞ tərəfindən dəstəklənməsi məntiqsiz və başa düşülməyəndir. Rəsmi Vaşinqtonun ümumi fikrinin məntiqi nəticəsi ondan ibarət idi ki, Azərbaycan ərazilərinin işğalı faktı tanınmırsa, erməni əhalisinin qətlinə səbəb olmuş Sarkisyanın "seçki işğalı" tanınmaya bilər. ABŞ-ın Ermənistandakı səfiri və müəyyən siyasi dairələr yaxşı bilirlər ki, Sarkisyan belə böyük siyasi olimpə gələ bilməzdi. Əgər Rusiya onu Dağlıq Qarabağ proseslərindən çıxarıb Ermənistanın daxili həyatına atmasaydı və yerini müəyyən etməsəydi, Sarkisyan siyasi arenaya gələ bilməzdi. Amerika sırf geopolitik nöqteyi-nəzərdən öz planlarını həyata keçirmək taktikası yürüdürdü.

"ABŞ-ı, konkret olaraq, o maraqlandırır ki, Ermənistanın təcavüzkar planda regionda qalmağı ilə bölgədəki proseslərə, təhlükəsizliyə zərbə vurmaqda davam edir. Ən pis halda isə, tərəfdaş kimi çıxış ediblər. Əgər 2008-ci ildə hakimiyyəti ələ keçirən Sarkisyan rejimi Amerika tərəfindən tənqid olunsaydı, 2010-cu ildə onun "sərhəd diplomatiyası" siyasətinə ehtiyac qalmazdı" deyə millət vəkili Zahid Oruc bildirib.

Millət vəkilinin "Səs" qəzetinə verdiyi acıqlamasına görə, əgər Ermənistan-Amerika münasibətləri tamamilə kəskinləşsəydi, bu, Dağlıq Qarabağ məsələsində rəsmi Vaşonqtonun mövqeyinə təsir edərdi. Açıq şəkildə Dağlıq Qarabağ məsələsində Ermənistana külli miqdarda maliyyə yardımı ayırmaqla yanaşı, işğalçı ölkənin Rusiyanın təsir zolağına düşməyinə biraz da təkan vermiş oldu.

Millət vəkilinin sözlərinə görə, Yeltsinin zamanında da Rusiya öz murdar oyunlarını oynayırdı. Çalışırdı ki, Azərbaycanı iqtisadi blokadada saxlamaqla əhalinin ağır sosial yaşayış tərzinə səbəb olsun. Rusların düşünəsinə görə, Azərbaycanı bu yolla müflisləşdirib Rusiyaya tabe etdirə biləcəklər. Lakin bir çox proseslər var ki, Rusiyanın istədiyi kimi olmur və maraqlarının əksinə çevrilir. Azərbaycan bir dövlət olaraq, öz müstəqilliyini genişləndirdi, beynəlxalq əlaqələrini daha da gücləndirdi. Artıq onlar gördülər ki, Azərbaycanı sarsıtmaq heç zaman mümkün olmayacaq. O zaman Dağlıq Qarabağı əllərində saxlamaqda davam elədilər və düşündülər ki, bu, Azərbaycan dövlətçiliyini məhv edən bir məsələyə çevriləcək. Yəni canlı orqanizmi məhv etmək üçün bu nöqtəyə toxunmaq tamamilə yetərli olacaq. Lakin yenə onların düşündüyü kimi olmadı. Doğrudur, Azərbaycan bu prosesdən böyük ziyan çəkdi, əhalisi öz doğma yurd-yuvalarından didərgin düşdü. Amma Azərbaycan yenə də yenilmədi, öz gücünü beynəlxalq aləmdə sübut etməyi bacardı və bu gün söz, nüfuz sahibi olan dövlətlər sırasındadır.

Z. Oruc Dağlıq Qarabağ münaqişəsinin həllində Amerikadan çox Rusiyanın təsir imkanlarının böyük olmasını vurğuladı. Avropanın marağını təmsil edən Fransa, Amerika və Rusiyanın niyyətlərinə tam cavab verə bilməyən sülh sazişi hələ də ortalığa gəlmir. Ona görə belə bir saziş ortalığa gəlməyib ki, adı çəkilən ölkələrin istədikləri daha böyükdür.

BMT-nin çıxardığı qətnamələrə toxunan millət vəkili bildirib ki, beynəlxalq qurumun tribunasını, sadəcə, ayrı-ayrı dövlət rəhbərlərinə, təmsilçilərinə döyüş meydanı verməkdən başqa bir işə yaramır. Yəni ən kəskin siyasi debatlar bu kürsüdə gedir. Hər kəs dünyanın və öz regionunun problemlərini bura daşıyır və sanki media, cəmiyyət üçün söylənmiş fikirlər elə həmin binanın divarları içərisində də bitir.

Millət vəkili BMT-nin Ermənistana sanksiyalar tətbiq eləmək hüququnun olduğunu da vurğulayıb: " Lakin bu, işləmir. O zaman işə düşür ki, BMT müəyyən ölkələrin maraqlarını təmin edir. Hüququ güc müəyyənləşdirir. Ona görə də, BMT bir-birinin ardınca yeni qətnamələr qəbul etməkdənsə, qəbul olunmuş qətnamələrin icrasını həyata keçirsə, daha yaxşı olar. BMT icra olunmayan qətnamələri qəbul edən zavod və yaxud da fabrik deyil ki".


AYLANA RZAYEVA

Digər xəbərlər