PDF Oxu

Sosial

  • 10

“YAP-ın “Azərkosmos” ərazi təşkilatı yaradıldı

“YAP-ın “Azərkosmos” ərazi təşkilatı yaradıldı

Dünən Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı idarə heyətinin və rayon şurası üzvlərinin toplantısı keçirilib. Toplantıda YAP-ın Səbail rayon təşkilatının növbəti- IX kofransına hazırlıq, bir sıra ərazi təşkilatlarının müvafiq rayonlara verilməsi, bəzi partiya üzvlərinin təklifləri və cari məsələlər müzakirə olunub.

Yığıncaqda, həmçinin, YAP-ın "Azərkosmos" ərazi təşkilatı təsdiq edilib. İclasda çıxış edən YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov bildirib ki, hazırda rayon təşkilatının 23 min üzvü var və bu rəqəm günü-gündən artamaqdadır.

YAP-ın 20 ildir ki, fəaliyyət göstərdiyini deyən Z.Qaralovun sözlərinə görə, bu yaxınlarda partiyanın 20 illik yubileyi qeyd olunacaq: "Partiya yarandıqdan 6 ay sonra təşkilat ölkədə hakim partiyaya çevrilib. 20 il ərzində Azərbaycan müstəqilliyinin qurulmasında, inkişaf etdirilməsində partiya tərəfindən də mühüm işlər görülüb.

YAP Səbail rayon təşkilatının sədri bildirib ki, iclasın keçirilməsində məqsəd Yeni Azərbaycan Partyasının 9-cu konfrasına hazırlıqla bağlı müzakirələr aparmaqdır. İclasda YAP Səbail rayon təşkilatından IX konfransda iştirak edəcək nümayəndələr seçilib.

Bundan əlavə, tədbir zamanı "YAP ziyalılar evi", "7 nömrəli məktəb", "Kilinik Uroloji Xəstəxana" ərazi təşkilatlarının təklifləri müzakirə olub. "Göz xəstəlikəri", "Dövlət Əmək Müfəttişliyinin Mərkəzi Aparatı" və "Məşğulluq idarəsi" ərazi təşkilatlarının müfaviq rayonlara verilməsi barədə məsələlərə baxılıb və müəyyən razılıqlar əldə edilib. İclasda bir sıra cari məsələlər də müzakirə olunub.


Elçin Bayramlı

Digər xəbərlər