PDF Oxu

Sosial

  • 10

YAP ölkəmizdə alternativsiz siyasi qüvvədir

YAP ölkəmizdə alternativsiz siyasi qüvvədir

Dünən YAP Astara rayon təşkilatının şəhər 5 saylı orta məktəbin ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda ilk təşkilatın sədri Zakir Abdullayev hesabat məruzəsi ilə çıxış edib. Z.Abdullayev, həmçinin, iştirakçıları müstəqilliyimizin bərpa olunmasının 20 illiyi münasibətilə təbrik edib. O, qeyd edib ki, Azərbaycanın ikinci dəfə öz müstəqilliyini qoruyub saxlaması məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Bu gün Ümummilli Liderimiz Heydər Əliyev siyasətinin ölkə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayan Z.Abdullayev müstəqil Azərbaycanın günbəgün böyük uğurlara nail olduğunu söyləyib: "Müstəqil dövlətimizin daha güclənməsi istiqamətində bu gün düşünülmüş, uzaqgörən siyasət həyata keçirilməkdədir. Bu istiqamətdə qarşımızda mühüm vəzifələr dayanır. Yeni Azərbaycan Partiyası da bu vəzifələri özünün siyasi strategiyasının əsas istiqamətləri hesab edir".

Z.Abdullayev bildirib ki, astaralılar da müstəqil dövlətimizin inkişafı naminə üzərlərinə düşən vəzifələri var qüvvələrilə yerinə yetirməyə çalışırlar. "Yeni Azərbaycan Partiyasının üzvləri olan astaralılar bu estafetin önündə gedirlər. Təşkilatımızın üzvləri keçirilən bütün tədbirlərdə, ictimai-siyasi proseslərdə fəal iştirak edirlər" deyən Z.Abdullayevin sözlərinə görə, təşkilatın sıralarında gənclər təmsil olunur. Bu da gənclərlə aparılan işin, onlara göstərilən diqqətin nümunəsidir.

Yığıncaqda daha sonra YAP Astara rayon təşkilatının sədri Natiq İbadov çıxış edərək astaralıların Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətə sadiq olduqlarını və bu gün Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini vurğulayıb. O, qeyd edib ki, dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində müstəqil dövlətimiz dinamik inkişaf edir, Azərbaycanın uğurları daha da artır və beynəlxalq müstəvidə də mövqeyini gücləndirir. N.İbadovun sözlərinə görə, bu inkişaf rayonun bütün sahələrində, o cümlədən, təhsildə də özünü göstərir. O, bu sahədə dövlət proqramlarının qəbul olunduğunu xatırladaraq, bu poqramların icrası nəticəsində mühüm tədbirlərin reallaşdırıldığını diqqətə çatdırıb. N.İbadov astaralıların bundan sonra da dövlətimizin inkişafı üçün səylə fəaliyyət göstərəcəyini vurğulayıb. Tədbirdə Astara rayonu 5 saylı şəhər orta məktəbinin direktoru Arzu Mehdiyeva çıxış edərək hesabat dövrü ərzində ilk təşkilatın səmərəli fəaliyyət göstərdiyini qeyd edib.

Daha sonra YAP Astara rayon təşkilatının aparat rəhbəri Rauf Məmmədov çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixi, keçdiyi inkişaf yolu haqqında fikirlərini bildirib. O, qeyd edib ki, bu gün Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyev siyasəti nəticəsində sürətlə inkişaf edir və hər bir vətəndaş müstəqil dövlətimizlə qürur duyur.

Yığıncaqda daha sonra qərar layihəsi qəbul olunub və ilk təşkilatın fəaliyyəti qənaətbəxş qiymətləndirilib. Eyni zamanda, təşkilati məsələlərə baxılıb və Zakir Abdullayev yekdilliklə yenidən şəhər 5 saylı orta məktəbin ərazi ilk partiya təşkilatının sədri seçilib. Həmçinin, YAP Astara rayon təşkilatının VIII konfransına 2 nümayəndənin seçilməsi haqqında qərar qəbul olunub.


RƏFİQƏ

Digər xəbərlər