Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının Ovculu, Bağırlı, Hacıqədirli, I-Çaylı, Quşçu və digər ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilibdir. Tədbirdə YAP Şamaxı rayon təşkilatının idarə heyətinin üzvü, Humanitar Kollecin direktoru Rauf Əliyev açaraq vurğuladı ki, müstəqilliyimizin ilk illərində xalqımız Ümummilli Liderimiz Heydər Əliyev kimi görkəmli bir siyasətçinin siyasi hakimiyyətə qaytarılması tələbi ilə ayağa qalxdı və buna nail oldu: "Xalqın iradəsi hər şeyə qalib gəldi. Ümummilli Liderimiz Heydər Əliyev kimi dahi siyasətçinin fəaliyyəti sayəsində dövlətçiliyimiz möhkəmlənmiş, respublikamız dünya dövlətləri arasında mühüm yerlərdən birini tutmuşdur. Bu gün Azərbaycanın Ümummilli Liderinin müəyyən etdiyi siyasi xətti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, güclənir, qüdrətlənir".
Sonra ilk təşkilatın sədri Vaqif Qasımov 2007-2011-ci illərdə görülən işlər və keçirilən tədbirlər haqqında məruzə etdi. Məruzə ətrafında müzakirələrdə çıxış edənlər ilk partiya təşkilatın hesabatının kafi qiymətləndirdilər. Vaqif Qasımov yenidən ilk partiya təşkilatının sədri seçildi. Yığıncaqda 15 nəfər partiya üzvü konfransa nümayəndə seçildi.
A.Səmədova