Dünən Nərimanov rayonunda Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20 illik yubiley tədbiri keçirilib. Nərimanov kinoteatrının qarşısındakı parkda baş tutan tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi, millət vəkili Əli Əhmədov, rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP İcra katibinin müavinləri, millət vəkili Mübariz Qurbanlı və millət vəkili Siyavuş Novruzov, millət vəkili Rasim Musabəyov, YAP Siyasi Şurasının üzvləri Kərim Kərimov və Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu və partiyanın digər fəalları, o cümlədən Nərimanov rayon ictimaiyyəti iştirak ediblər.
Bayram tədbiri müğənnilərin çıxışları ilə davam edib.