PDF Oxu

Sosial

  • 12

YAP Yevlax rayon təşkilatının VII Konfransına hazırlıqla əlaqədar

YAP Yevlax rayon təşkilatının VII Konfransına hazırlıqla əlaqədar

Dünən Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatı "Xanabad-1" və "Xanabad-2" məhəlli ilk partiya təşkilatlarında yığıncaqlar keçirilmişdir. "Xanabad-2" məhəlli ilk partiya təşkilatının sədri Məmmədəli Yusibov geniş məruzə ilə çıxış edərək, təşkilatın işi haqqında geniş məlumat verib.


Natiq qeyd edib ki, təşkilatın hazırkı hesabat-seçki yığıncağı çox əlamətdar dövrə təsadüf edir. Ona görə həm də müstəqilliyimizin 20 illiyi ərəfəsində bayram əhval-ruhiyyəsi hökm sürür: "Yaradıcısı Ümummilli Liderimiz Heydər Əliyev olan partiyanın yerli ilk partiya təşkilatına rəhbərlik etmək şərəfli olduğu qədər də məsuliyyətlidir. Ötən dövrə nəzər salanda, görürük ki, Yeni Azərbaycan Partiyasının IV Qurultayında əhəmiyyətli əlavələr və bir sıra dəyişikliklərlə qəbul olunmuş partiya proqramının bütün müddəaları və bu müdəalardan irəli gələn vəzifələr ölkəmizin başçısı Möhtərəm İlham Əliyev cənablarının apardığı daxili və xarici siyasət, vətənimizin müdafiə qüdrətinin möhkəmləndirilməsi, beynəlxalq faydalı əməkdaşlıq və s. sahələrdə özünün parlaq əksini tapmışdır. Ötən bu zaman ərzində qazanılan uğurlar və nailiyyətlər göstərir ki, onların qazanılmasına böyük siyasi uzaqgörənlik və gərgin əmək sərf olunmuşdur".

"Xanabad-1" məhəlli ilk partiya təşkilatının sədri Minnət Mürsəlov məlumat verərək bildirdi ki, gələcək işlərində də fəal olacaqlar: "Sizi əmin edirik ki, gələcək işlərimizdə öz fəallığımızı artıraraq üzvü olduğumuz möhtəşəm Yeni Azərbaycan Partiyasının ideyalarına sadiq qalacaq, bunun üçün bütün imkanlardan səmərəli istifadə edəcəyik".

Sonda YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev çıxış edərək, görülən işləri qənaətbəxş hesab edərək ərazi ilk partiya təşkilatlarına işlərində uğurlar arzulayıb.


R.RƏSULOV

Digər xəbərlər