PDF Oxu

Sosial

  • 10

Dövlət Sərhəd Xidmətində Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü qeyd olunub

Dövlət Sərhəd Xidmətində Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü qeyd olunub

Dövlət Sərhəd Xidmətində Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycanın 20 ildə keçdiyi inkişaf yolundan, ölkəmizdə müstəqilliyin qorunub saxlanılmasında və möhkəmləndirilməsində ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərindən danışılıb. Dövlət müstəqilliyinin əldə edilməsinin Azərbaycan xalqının ən böyük sərvəti olduğu vurğulanıb. Bildirilib ki, 1993-cü ildə müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlətçiliyin məhv olması təhlükəsi aradan qalxıb, ümummilli liderimizin rəhbərliyi altında müstəqil dövlət quruculuğu istiqamətində məqsədyönlü, gərgin və ardıcıl işlər görülüb. Xüsusi vurğulanıb ki, iyirmi il bundan əvvəl, oktyabrın 18-də xalqımızın tarixində böyük hadisə baş verib, Azərbaycan yenidən dövlət müstəqilliyini qazanıb.

Digər xəbərlər