İsveç parlamentinin üzvü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə layihəsinin müəllifi olan Mehmet Kaplan qətnamənin müzakirəyə çıxarılmasına başlıca səbəb kimi ATƏT-in və beynəlxalq ictimaiyyətin bu problemin həllində passiv rol oynamalarını göstərərək, məsələnin gündəmə çıxarılmasının vacibliyini qeyd etmişdir.
Diasporla iş Üzrə Dövlət Komitəsindən qəzetimizə varilən məlumata görə, İsveç Azərbaycanlıları Konqresinin (İAK) sədri Emil Mirzoyev və konqresin sədr müavini Əliyar Məhərrəmov İsveç parlamentinin və "Yaşıllar" partiyasının üzvü Mehmet Kaplanla görüş keçirib. Görüş çərçivəsində əsas müzakirə mövzusu İsveç parlamentində gündəliyə çıxarılacaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə layihəsi və İsveçin siyasi dairələrinin bu məsələyə münasibəti olub. İAK-ın nümayəndələri İsveç parlamentinin üzvünə münaqişə, işğal olunmuş Azərbaycan ərazilərində erməni separatçıları tərəfindən aparılmış etnik təmizləmə haqqında ətraflı və dəqiq məlumat vermişlər. Konqres nümayəndələri İsveç parlamentindəki müzakirələrin ölkə siyasətçilərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mövqelərinin daha ədalətli və yekdil olmasında rol oynayacağına inamlarını ifadə etmişlər. İsveç parlamentinin üzvü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə layihəsinin müəllifi olan Mehmet Kaplan qətnamənin müzakirəyə çıxarılmasına başlıca səbəb kimi ATƏT-in və beynəlxalq ictimaiyyətin bu problemin həllində passiv rol oynamalarını göstərərək, məsələnin gündəmə çıxarılmasının vacibliyini qeyd etmişdir. Görüşdə, həmçinin, İsveçdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası və onların ölkənin ictimai-siyasi həyatına cəlb olunması məsələsi də müzakirə olunmuşdur.
ZÜMRÜD