Ərzaq təhlükəsizliyi dünyada qlobal problemlərdən olsa da, ölkəmizi belə bir təhlükə gözləmir. Yerli əhalinin çörək və kartof məhsullarından normadan artıq istifadə etməsinə baxmayaraq, müəyyənləşdirilən hədəflər gələcəkdə belə bir problemin olmayacağını deməyə əsas verir. Çünki hədəflər sırasında taxıl və kartofçuluq əsas yerlərdən birini tutur...
Milli təhlükəsizliyin tərkib hissəsi olan əhalinin ərzaqla etibarlı təminatı hətta inkişaf etmiş ölkələrin diqqət mərkəzindədir. Azərbaycanda da məsələ hökumətin nəzarətindədir. Son 10 ildə bununla bağlı iki Dövlət Proqramı qəbul olunub. 2010-15-ci illər üzrə kənd təsərrüfatı məhsullarının etibarlı təminatına dair təsdiqlənən Dövlət Proqramına görə 2015-ci ilə qədər ölkədə taxıl istehsalı 2 milyon 800 min tona, məhsuldarlıq isə hər hektardan 12 sentnerə çatdırılmalıdır. Mütəxəssislər bildirir ki, bu il havaların qeyri-sabit keçməsinə baxmayaraq, taxıl istehsalının 2 milyon ton olacağı gözlənilir. Taxıl və kartofun başqa respubliakalara nistəbən ölkədə çox istehlak olunmasına gəldikdə, ekspertlər burda sadəcə məhsul istehsalında balanslaşmaya diqqət yetirməyin zəruriliyini vurğulayır.
Ekspertlərin fikrincə, respublikada taxıl, kartof çox işlənir, başqa respublikalara nisbətən həttta fiziologi normalardan onları artıq idxal edilir. Adambaşına illik istehlak fiziologi normadan artıqdır. Gələcəkdə balanslaşdırılmış qaydaya keçilsə, yəni yetərli olmayan heyvandarlıq məhsullarının istehsalı da artırılsa, qidalanma balanslaşdırılmış xarakter daşıyacaq.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, müvafiq Dövlət Proqramında müəyyən olunan hədəflərdə yaxın 5 ilə ölkədə tərəvəz istehsalı 1 milyon 200 min tona, konkret olaraq, kartof istehsalı 1 milyon tona çatdırılmalıdır. Qeyd edək ki, hazırda respublikada bu rəqəmə yaxın, yəni 950 min ton kartof istehsal olunur. Meyvəçilik üzrə istehsalın 800 min tona, hazırda məhsuldarılığın aşağı olduğu, 400 ton olan çayçılıq təsərrüfatında isə istehsalın 3 min tona çatdırılması planlaşıdırılır. Bundan başqa, əhalinin kənd təsərrüfatı məhsullarının etibarlı təminatına nail olmaq məqsədilə yerlərdə infrastuktur yaradılması- yeni emal müəssisələrinin, tədarük, saxlama və satış məntəqələrinin yaradılması nəzərdə tutulur.
RƏFİQƏ HÜSEYNOVA