PDF Oxu

Sosial

  • 4

YAP Nəsimi rayon təşkilatının konfransına nümayəndələr seçildi

YAP Nəsimi rayon təşkilatının konfransına nümayəndələr seçildi

Oktyabrın 22-də Yeni Azərbaycan Partiyası "Azəryolservis" ASC-nin ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi. Tədbiri giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri Cavid Qurbanov Azərbaycanın ictimai-siyasi həyatındakı nailiyyətləri diqqətə çəkdi. O bildirdi ki, Azərbaycan 20 illik müstəqillik tarixində çox uğurlara imza atmış, beynəlxalq miqyasda layiqincə təmsil olunmuşdur. Azərbaycanın artan nüfuzunun nəticəsidir ki, ölkəmiz beynəlxalq əhəmiyyətli iri layihələri gerçəkləşdirir. Müstəqillik illərinin ilk illərindən formalaşan Yeni Azərbaycan Partiyasının da bu illər ərzində ətrafına çoxlu sayda ordunun birləşdirdiyini bildirən C.Qurbanov iqtidar partiyanın ölkənin həyatında müstəsna mövqeyə malik olduğunu diqqət çatdırdı. Sonra C.Qurbanov təşkilatın fəaliyyəti ilə bağlı hesabat məruzəsi ilə çıxış etdi. Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin üzvü Məlahət Həsənova Azərbaycanın bugünkü uğurlarını diqqətə çəkməklə yanaşı, onun parlaq gələcəyinə inamlılığını da bildirdi. Çıxışlar sona yetdikdən sonra təşkilati məsələlərə diqqət yetirildi. Demokratik prinsiplərə əsaslanaraq səsvermə yolu ilə Cavid Qurbanov yenidən "Azəryolservis" ASC-nin ərazi ilk partiya təşkilatının sədri seçildi. Sonda yığıncaqda ərazi ilk partiya təşkilatı tərəfindən YAP Nəsimi rayon təşkilatının konfransına nümayəndələr seçildi.

Z.Bayramova

Digər xəbərlər