Rusiyanın baş naziri Vladimir Putinin MDB ölkələrinin Avrasiya İttifaqına birləşdirmək ideyasına tarix elmləri doktoru, professor, millət vəkili Musa Qasımlı münasibət bildirib. Deyib ki, MDB ölkələri həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq edir. MDB əməkdaşlığın bir formasıdır. Yenidən bu ölkələri hər hansı bir qurumun tərkibinə qatmaq uğurlu nəticə verməyəcək. Fikrimcə, həm MDB ölkələri, həm də xarici dövlətlər Avrasiya İttifaqının yaradılmasına müsbət yanaşmazlar.
Əlbəttə böyük dövlətlər könüllü ittifaqların yaranmasını əleyhinə çıxmazlar. Amma hər hansı bir ölkənin diqtəsi ilə qurulan ittifaqın əleyhinə çıxarlar. Hesab edirəm ki, SSRİ-ni bu və ya başqa ad altında bərpa etmək cəhdləri indinin özündə də var. Ancaq bu nə dərəcədə reallığa uyğundur, burada isə bu məsələyə MDB-yə üzv olan ölkələrə necə münasibət bəsləyəcək və nəticələrin nə olacağı bu barədə bir çox suallara cavab axtarmaq lazım gəlir.
GÜLYANƏ