PDF Oxu

Sosial

  • 21

Türkiyə Nazirlər Kabinetinin Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin müdiri Murat Karakaya AzərTAc-da olub

Türkiyə Nazirlər Kabinetinin Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin müdiri Murat Karakaya AzərTAc-da olub

Türkiyə Respublikası Nazirlər Kabinetinin Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin müdiri Murat Karakayanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 27-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olub. AzərTAc-ın və Anadolu Agentliyinin dünyanın nüfuzlu alyanslarında bir-birinə fəal dəstək verdiklərini bildirən baş direktor Aslan Aslanov Bakıda keçiriləcək Türkdilli Ölkələrin II Media Forumunun türkdilli xalqlar arasında mətbuat sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Prezident İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində AzərTAc və Anadolu Agentliyi arasında əməkdaşlıq sazişinin, Azərbaycan və Türkiyə hökumətləri arasında mətbuat və informasiya sahələrində əməkdaşlıq protokolunun imzalanmasının qardaş ölkələrimizin media sahəsində əlaqələrinin genişləndirilməsinə mühüm töhfə verəcəyi görüşdə xüsusi vurğulanıb. A.Aslanov ötən ilin iyulunda AzərTAc ilə Türkiyə Qəzetçilər Federasiyası arasında əməkdaşlıq haqqında müqavilə imzalandıqdan sonra agentliyin Azərbaycanın ictimai, siyasi, iqtisadi, mədəni və digər sahələri ilə bağlı xəbərlərinə qardaş ölkənin müxtəlif bölgələrinin mətbuatında müntəzəm yer ayrılmasından razılıqla söhbət açıb. Milli agentliklər arasında əməkdaşlıq sazişinin və qardaş ölkələrimizin hökumətlərinin mətbuat və informasiya sahələrində əməkdaşlıq protokolunun əhəmiyyətini vurğulayan Murat Karakaya qeyd edib ki, son illərdə həm Azərbaycanın, həm də Türkiyənin sürətli inkişafı informasiya işində yeni texnologiyaların tətbiqinə geniş imkanlar yaradıb. Qonaq bildirib ki, hər iki agentliyin güclü maddi-texniki bazaya malik olması informasiya və təcrübə mübadiləsinin daha geniş miqyasda aparılmasına imkan yaradır. Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərli iştirak edib.

Digər xəbərlər