PDF Oxu

Sosial

  • 21

G.Ottinger: Azərbaycan ilə Türkiyənin “Şahdəniz-2” mərhələsi üzrə qaz sazişini imzalaması Avropa üçün yaxşı xəbərdir

G.Ottinger: Azərbaycan ilə Türkiyənin “Şahdəniz-2” mərhələsi üzrə qaz sazişini imzalaması Avropa üçün yaxşı xəbərdir

A.zərbaycan ilə Türkiyənin "Şahdəniz-2" mərhələsi üzrə qaz sazişini imzalaması Avropa üçün yaxşı xəbərdir. AzərTAc xəbər verir ki, bunu Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Günter Ottinger Brüsseldə təşkil edilmiş beynəlxalq qaz forumunda deyib. "Cənub-şərqi Avropada qaz təchizatında təhlükəsizlik" mövzusunda çıxış edən G.Ottinger bildirib ki, Avropaya nəql ediləcək Azərbaycan təbii qazı qitə boyunca Avropa İttifaqının daxili bazarı çərçivəsində paylanılacaq. Lakin bu, kifayət deyil və əsas hədəfimiz dəyişmir. Biz, Avropa ilə Azərbaycanı birləşdirən və yetərli tranzit imkanlarına malik qaz kəməri görmək istəyirik. Bu kəmər beynəlxalq hüquqi baza çərçivəsində fəaliyyət göstərməlidir.

Digər xəbərlər