Respublikanın sosial-iqtisadi inkişafı sahəsində rayonda böyük nailiyyətlər əldə olunub
Bu gün Azərbaycanda gedən yüksək inkişaf tempi onun regionlarında, şəhərlərində, kənd və qəsəbələrində aşkar şəkildə hiss olunmaqdadır. Belə ki, ölkə başçısı Prezident İlham Əliyevin bu istiqamətdə apardığı məqsədyönlü siyasətin uğurlu nəticələri bu tendensiyanı yetərincə isbat edir. Prezident İlham Əliyev tərəfindən "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasına yönəlik verdiyi tövsiyə və tapşırıqların yerində həll edilməsi isə bu uğurların davamlı olmasına şərait yaradır. Məhz bu baxımdan, Azərbaycanın gözəl guşəsi olan Gədəbəy rayonunun icra hakimiyyətində 2011-ci ilin 9 ayının yekunlarında qeyd olunan nailiyyətlər bunu bir daha təsdiqləyir.
Rayonun idarə, müəssisə, təşkilat, xidmət sahələri, təhsil, səhiyyə müəssisələri rəhbərlərinin, ağsaqqallar, veteranlar, gənclər və digər ictimai təşkilatların və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda çıxış edən Gədəbəy rayon icra hakimiyyətinin başçısı Kamran Rzazadə 2011- ci ilin 9 ayı ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat vermiş, rayonda görülmüş işləri təhlil edərək, həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışmışdır. Çıxışında bildirmişdir ki, 2011-ci ilin 9 ayında orta aylıq əmək haqqı 255 manat təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 dəfə yaxud 28 manat çoxdur: "Əvvəlki illərdə olduğu kimi, bu ildə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı" Dövlət Proqramı Gədəbəy rayonunda da uğurla icra olunmaqdadır. Bu Proqramda rayonumuzun sosial-iqtisadi inkişafını əhatə edən 16 maddənin icrası ilə bağlı lazımi tədbirlər həyata keçirilmiş və işlər görülmüşdür. "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" 22 oktyabr 2010-cu il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Gədəbəy rayonunun 2011-ci il üçün büdcəsinin mədaxili 23 milyon 939 min 305 manat həcmində təsdiq edilmişdir ki, onun da 21 milyon 129 min 305 manat mərkəzləşdirilmiş xərclər, 1 milyon 926 min manatı isə yerli daxilolmalardandır. Gədəbəy rayon büdcəsinin 2011-ci ilin 9 ayında icra vəziyyətinə nəzər saldıqda, büdcənin mədaxili ümumilikdə 17 milyon 892 min 655 manat proqnoz plana qarşı 18 milyon 041 min 363 manat və ya 100,8 % olmaqla 148 min 708 manat çox yerinə yetirilmişdir. Büdcənin mədaxili yerli mənbələrdən 2 milyon 45 min 677 manat proqnoza qarşı 2 milyon 90 min 169 manat və ya 102 faiz olmaqla, 44 min 492 manat çox yerinə yetirilmişdir".
2011-ci ilin 9 ayı ərzində DSMF rayon şöbəsində uçotda olan 17667 nəfər pensiyaçıya 17 milyon 220 min 600 manat pensiya alınaraq ödəniş müəssisələrinin hesabına köçürülmüşdür: "2011-ci ilin 9 ayı ərzində rayon ƏSMM-in ünvanlı sosial yardım təyin edilməsi məqsədilə 1795 ailə müraciət etmişdir. Hesabat dövründə mərkəz üzrə hərəkətdə 2804 ünvanlı sosial yardım işi olmuşdur ki, həmin işlərə bir aylıq vəsait tələbatının məbləği 302 min 172 manat olmuşdur. Adambaşına düşən ÜSY orta aylıq məbləği 31,87 manat olmuşdur. Hesabat dövrü ərzində bu məqsədlə 3 milyon 63 min 578 manat vəsait ödəniş müəssisələrinin hesabına köçürülmüşdür. Sosial müavinət alanların sayı 5593 nəfər olmuşdur ki, bir aylıq vəsait tələbi 258 min 167 manat təşkil edir. 2011-ci ilin 9 ayı ərzində sosial müavinətlərin ödənilməsi üçün 2 milyon 770 min 799 manat vəsait ödəniş müəssisələrinin hesabına köçürülmüşdür".
Rayon rəhbəri əhalinin təbii qazla təminatı ilə bağlı məlumat verərək bildirmişdir ki, Gədəbəy rayonu ərazisində 1 şəhər və 11 kənd, cəmi 12 yaşayış məntəqəsində əhali təbii qazla təmin olunmuşdur: "Rayon üzrə 5768 abonent vardır ki, onların da evlərinə qaz sayğacı quraşdırılmışdır. Hesabat dövrü ərzində 7 milyon 114 min 363 kubmetr təbii qaz istehlak olunmuşdur ki, onun da dəyəri 711 min 436 manat olmaqla, 672 min 708 manat ödəniş aparılaraq, plana 94,6 faiz əməl olunmuşdur. Hesabat dövrü ərzində Novosaratovka və Düz Rəsullu kəndlərində 577,Qaraməmmədli kəndində 366 abonentin mənzillərinə təbii qazın verilməsi təmin olunmuş, rayon ərazisində 776 ədəd sayğac yenisi ilə əvəz edilmiş, 196 ədəd sayğac sızmasının və 62 ədəd yivli birləşmələrdə olan sızmaların qarşısı alınmışdır. Yaxın vaxtlarda bütün sərhəd bölgəsində olan kəndlərimiz təbii qazla təmin olunacaqdır".
K.Rzazadə 2011-ci ilin 9 ayında Dövlət Proqramı çərçivəsində rayonda yollarda yerləşən körpülərin əsaslı təmirinə və yeni körpülərin tikintisinə başlanıldığını söyləyib. Hal-hazırda Novosaratovka kəndində Fındıqlı çayı üzərində aşırımı 72 poqonometr olan körpünün tikintisi davam etdirilir, Mis çayı üzərində sel suları nəticəsində yuyulmuş körpünün istinad divarları bərpa edilmişdir. Gədəbəy rayonunun aqrar rayon olduğunu deyən rayon rəhbəri qeyd etmişdir ki, cari ilin 9 ayı ərzində kartof əkini 13184 hektar, ötən illə müqayisədə 84 hektar çox, buğda əkini 317 ha, arpa əkini 31 ha, dən üçün qarğıdalı 504,9 ha olmuşdur: "Bu ilin 9 ayı ərzində kartof məhsulunun yığımı artıq başa çatmaq üzrədir. Hal-hazırda kartof məhsulunun istehsalı 1968775 sentner, taxıl istehsalı 9758 sentner olmuşdur. Məhsul yığımı davam etdirilir. Mal-qaranın baş sayına gəldikdə isə iribuynuzlu mal-qara 89211 baş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4747 baş çox, qoyun və keçilərin baş sayı isə 366 min 433 baş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 min 131 baş çox olmuşdur. Ət istehsalı 62 min 610 sentner, ötən ilin müvafiq dövründən 5 dəfə çox, süd istehsalı 425 min 140 sentner, ötən ilin müvafiq dövründən 2,2 dəfə çox, yun istehsalı 9 min 86 sentner, ötən ilin müvafiq dövründən 2 min 776 sentner çox olmuşdur. Göründüyü kimi, kənd təsərrüfatında uğurlu nəticələr əldə olunmuşdur".
RƏFİQƏ KAMALQIZI