PDF Oxu

Sosial

  • 24

Ermənistanın narahatçılığı nədən qaynaqlanır?

Ermənistanın narahatçılığı nədən qaynaqlanır?

Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi dünyadakı dost ölkələr tərəfindən çox böyük fərəh hissi ilə qarşılanmaqdadır. Bu mötəbər qurumda qeyri-daimi üzv seçilməyimiz Azərbaycanın dünyada olan hörmət və nüfuzunun, iqtisadi uğurlarının göstəricisidir. Qazandığımız uğur və nailiyyətlər BMT-nin demokratik imicinədə əlavə müsbət imic gətirdi.

Çünki Avropanın mərkəzində yerləşən Macarıstan, Sloveniya və bir çox ölkələr BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv ola bilmədilər. 193 ölkədən 155-i Azərbaycana səs verərək bu mötəbər quruma qeyri-daimi üzv seçildi. Bu, artıq Azərbaycanın dünyada qazandığı imic və uğurdur. 5 daimi üzvü olan BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvlərindən biri olmağımız çox böyük uğur və tarixi hadisədir.

"Qazandığımız bu uğura ermənilər öz çirkin niyyətləri ilə qara kölgə salmaq istəyir. Əvvəllər BMT-nin 193 ölkəsindən biri kimi təmsil olunurduqsa, artıq bu gün söz sahibi olan qeyri-daimi üzvlərindən biriyik. Ermənilər Azərbaycanın hər zaman belə bir uğur qazanmasının əleyhinə olublar". Bu sözləri qəzetimizə açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov bildirib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan bundan sonra Dağlıq Qarabağ problemi ilə bağlı maraqlarını BMT Təhlükəsizlik Şurasında daha ədaləti qoruyacaq. Bunlarla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində böyük zəmin yaranmış olacaq. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının Ermənistan əleyhinə çıxardığı və icrası indiyədək həll olunmamış vəziyyətdə qalan 4 qərarın həyata keçirilməsi üçün böyük imkanlar olacaq. Dağlıq Qarabağla bağlı hər hansı bir problemi məsələni BMT-də müzakirəyə çıxara biləcəyik. Azərbaycan məhz uzun illər idi ki, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmək üçün mübarizə aparırdı. Və nəhayət, bunu qazandı. Dövlətimiz BMT TŞ-in qeyri-daimi nümayəndəliyinə üzv seçilərkən üzərinə düşən vəzifələri yerinə yetirməklə yanaşı, müxtəlif beynəlxalq qurumlarda, o cümlədən, təmsil edildiyi qurumda özəl problemlərini də qaldırmaq imkanına malik olacaq. Statusu artmış Azərbaycanla indi əvvəlki Azərbaycan kimi danışmaq mümkün olmayacaq. Bu, xüsusilə də, işğalçı Azərbaycana aiddir. Azərbaycan tərəfinin bu diplomatiyasının uğuru danışıqlar prosesində Ermənistan üçün baha başa gələcək. Azərbaycan dövlətinin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olması həm də ölkəmizə diplomatik və siyasi baxımdan bir çox üstünlüklər gətirə bilər. Qeyri-daimi üzv olmağımız həm də o deməkdir ki, səsimizi nüfuzlu tribunadan daha geniş çatdıra biləcəyik. Çünki BMT-də dünyanın aparıcı, nüfuzlu dövlətləri təmsil olunur və bu nöqteyi-nəzərdən, həmin ölkələrlə sıx əməkdaşlıq etmək imkanı əldə edir.

Ermənistanın bu məsələ ilə bağlı təşviş keçirməsi məsələsinə aydınlıq gətirən komitə sədri qeyd edib ki, onlar yaxşı başa düşür ki, gələcəkdə münaqişə ilə əlaqədar artıq Azərbaycan tərəfinin çox geniş imkanları olacaq. Azərbaycan dövləti isə, əslində, olan bu imkanlardan istifadə edərək Dağlıq Qarabağ münaqişəsini həll edə bilər. Ermənilər də, bax, bundan narahatdırlar: "Ermənistan həmişə bütün görüşlərdə yeni bir məsələ ortaya atmaqla münaqişənin gedişini uzatmaq və Dağlıq Qarabağ probleminin həll olunmaması üçün hər cür imkana, vasitəyə əl atır. Azərbaycanın əldə etdiyi sosial-iqtisadi uğurlar, iqtisada tərəqqi dünya dövlətləri tərəfindən qəbul edilir. Ona görə də, Azərbaycanın BMT-nin qeyri-daimi üzvü seçilməsi, məlum məsələdir ki, ən çox işğalçı Ermənistanı narahat edəcək. Ermənistan dövlətinin səhv siyasət aparmasının erməni xalqına da zərbə vurduğunu ermənilər dərk edəcəklər".

Ermənilərin məkrli siyasətindən danışan E.İbrahimov, onu da bildirib ki, Azərbaycan ərazi bütövlüyündən danışarkən, onlar birinci Dağlıq Qarabağa status verilməsi məsələsinə toxunurlar. Axı ərazi bütövlüyü təmin olunmadan Dağlıq Qarabağın statusuna necə baxmaq olar? Əgər Qarabağın qaçqın və köçkünləri öz vətənlərinə qayıdıb orada yaşamasalar, o zaman necə referendum keçirmək olar? Yəni erməni əhalisi, sadəcə olaraq, işi gecikdirmək üçün hər vasitəyə əl atırlar.

Digər bir məqama aydınlıq gətirən millət vəkili erməni lobbisinin bütün ölkələrdə güclü olduğunu vurğulayıb. Lakin onlar başa düşməlidirlər ki, Qarabağ problemi diasporalarda həll olunmur. Bunun həll olunacağı yer BMT Təhlükəsizlik Şurasıdır. Çünki BMT-nin elə mexanizmləri var ki, hər hansı bir sanksiya tətbiq edə bilər, hətta qoşun belə göndərib konflikti həll edə bilər. Həmin o lobbilər də anlamalıdırlar ki, gec-tez Azərbaycana məxsus olan torpaqlar elə Azərbaycana da qaytarılacaq.


AYLANA RZAYEVA

Digər xəbərlər