29 oktyabr tarixində YAP Gəncə şəhər təşkilatı Müalicə- Diaqnostika Mərkəzi ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Hesabat-seçki yığıncağında ərazi ilk partiya təşkilatının sədri Rauf Yahyayev çıxış edərək, gündəlikdə duran məsələ haqqında məlumat verdi.
Sonra hesabat məruzəsi ilə çıxış edən R.Yahyayev bildirib ki, Gəncə Müalicə-Diaqnostika Mərkəzi 2010-cu ilin yanvar ayından fəaliyyətə başlayıb: "Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında inşa edilən Dioqnastika Mərkəzində 99 nəfər YAP üzvü var. Sevindirici haldır ki, partiya üzvlərinin 70 faizini gənclər təşkil edir".
Yığıncaqda YAP Gəncə şəhər təkilatının sədri İsrafil İsmayılov çıxış edərək qeyd edib ki, bu gün Azərbaycan Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevrilmişdir: "Ölkəmiz ümumi daxili məhsulun artım tempinə görə dünyada liderliyini qoruyub saxlaya bilib, yoxsulluğun səviyyəsi kəskin aşağı düşüb, dövlət büdcəsi gəlirləri artıb. Uğurla həyata keçirilən sosial infrastruktur layihələri nəticəsində bölgələrin siması dəyişib, sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, iş yerlərinin açılması naminə sistemli tədbirlər görülüb. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən dövlət başçısı cənab İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəklərini gerçəkləşdirmək üçün əzmkarlıqla çalışır. Bu fakt bir daha göstərir ki, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli xidmət prinsipi üzərində qurulmuşdur".
YAP Gəncə şəhər təşkilatının sədri Azərbaycanın bütün regionlarında olduğu kimi Gəncə şəhərində də abadlıq-quruculuq işləri aparılır: "Gəncə Müalicə-Diaqnostika Mərkəzi ərazi ilk partiya təşkilatının üzvləri bu illərdə daha fəallıq göstərirlər və bundan sonra da fəal olmalıdırlar. Yeni seçilmiş idarə heyətinin üzvləri qarşıya qoyulan vəzifələri fəallıqla yerinə yetirməlidir. Onlara fəaliyyətlərində uğurlar arzulayıram".
Sonda Gəncə Müalicə-Diaqnostika Mərkəzi ərazi ilk partiya təşkilatının hesabatı qənaətbəxş hesab edildi. Ərazi ilk partiya təşkilatında 5 nəfərdən ibarət idarə heyəti seçildi. Rauf Yahyayev səs çoxluğu ilə ərazi ilk partiya təşkilatının sədri, Elxan Yusifov müavin seçildi. YAP Gəncə şəhər təşkilatının VIII konfransına 4 nəfər nümayəndə seçildi.
A.SƏMƏDOVA