PDF Oxu

Sosial

  • 26

YAP Azərbaycanda hakim partiya olduğunu nüfuzu və fəaliyyətilə sübuta yetirir

YAP Azərbaycanda hakim partiya olduğunu nüfuzu və fəaliyyətilə sübuta yetirir

Dünən YAP Binəqədi rayon təşkilatı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi. Tədbiri giriş sözü ilə açan şirkətin sədri, ərazi ilk partiya təşkilatının sədri Məmməd Məmmədov, bugünkü tədbirin gündəliyində duran məsələlər barədə məlumat verdi.

O, Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 20 illiyi və şirkətin 90 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Ərazi ilk partiya təşkilatının sədri partiyanın yarandığı tarixə nəzər salaraq, bildirdi ki, YAP çox ağır zamanlarda yaranıb. Yeni Azərbaycan Partiyasının yaranması bizim tarixi nailiyyətimizdir. O, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəldiyi illərə nəzər salıb, ölkədə gedən ictimai-siyasi prosesləri diqqətə çəkdi. Ulu Öndərin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın düçar olduğu vəziyyətdən xilas olduğunu söylədi. Bu gün Azərbaycan böyük bir inkişaf dövrü keçərək, dünya dövlətlərinə inteqrasiya olunur.

Tədbirdə çıxın edən şirkətin ərazi ilk partiya təşkilatının sədr müavini Növrəstə Nəsirova çıxış edərək, partiyanın tutduğu siyasi mövqedən danışdı. Azərbaycanın müstəqilliyi dövründə keçdiyi dinamik inkişaf yolundan danışaraq, YAP-ın rolunu xüsusi olaraq vurğuladı. O, qeyd etdi ki, YAP-ın sıraları gündən-günə genişlənməkdədir. Bu gün YAP üzvləri partiyanın Nizamnamə və Proqramından irəli gələn vəzifələri layiqincə yerinə yetirirlər.

Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsini sədri Eldar İbrahimov Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan söz açaraq, onun çətin və ağır şətraitdə meydana gəlməsini diqqətə çatdırdı. Millət vəkili qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin qətiyyətli addımı, müdrik siyasəti nəticəsində YAP formalaşdı, qısa bir zamanda ətrafına məsləkdaşlarını toplaya bildi. Bu gün yarım milyondan çox insanı ətrafına toplayan YAP Azərbaycanda hakim partiya olduğunu öz nüfuzu və fəaliyyətilə sübuta yetirdi. Güclü iqtisadiyyata malik olan dövlət olması onun güclü siyasətə malik olduğunu təsdiqləyir. Heydər Əliyevin müdrik siyasətinin nəticəsi olaraq 1994-cü ildə "Əsrin müqaviləsi" imizalandı. Bu layihə bir daha Heydər Əliyevin Azərbaycanın gələcək inkişafının təməl daşını qoydu.

YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd etdi ki, dövlətimiz böyük bir inkişaf dövrü keçib, Azərbaycan tənəzzüldən tərəqiyyə doğru irəliləyib. Bu gün dövlətimiz müstəqilliyimizin 20 illiyini böyük qürurla qeyd edir: "Hər dəfə xarici ölkələrdə olarkən, Azərbaycan bayrağının dalğalandığını görüncə, qürur hissi duyursan. Təsadüfi deyil ki, Azərbaycan oktyabrın 24-də Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bu, bizim böyük tarixi qələbəmizdir".

Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov qeyd etdi ki, rayon təşkilatı Azərbaycan Respublikasının müsətəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirmişdir. Sonra o, partiyanın keçdiyi yola nəzər salaraq, bildirdi ki, Binəqədi rayon təşkilatı 1993-cü ildə yaradılıb. Təşkilatın sıralarına ötən hesabat dövründən 5 min nəfər üzv qəbul olunub. Rayon təşkilatı keçirilən dövlət səviyyəli tədbirlərdə, o cümlədən, prezident, referendum, bələdiyyə və parlament seçkilərində yaxından iştirak ediblər. Rayon təşkilatı yeni qərargahlar yaradaraq, seçki proseslərində fəaliyyətini genişləndirib. Bu işdə rayon deputatları yaxından iştirak ediblər. Rayonumuzun əhalisinin 89,9 faizi prezident seçkilərində səs verərək, ikinci yerə çıxdı. Sonra o təşkilata üzv olmağa ərizə ilə müraciət edənlərə nəzər salaraq, bildirdi ki, təşkilata üzv olmaq üçün ən çox gənclər müraciət ediblər. Bu da dövlətimizin gənclərimizə olan yüksək qayğısından və partiyaya olan inamdan irəli gəlir. Sonra N.Xəlilov qarşıdan gələn Qurban bayramı, Bayraq bayramı, Konstitusiya Günü və şirkətin 90 illiyi münastibətilə tədbir iştirakçılarını təbrik etdi. O, təşkilatın fəaliyyətini yüksək qiymətləndirərək, ona işində uğurlar arzuladı. Tədbirdə çıxış edən təşkilatın fəallarından Avtandil Hacıyev, Vüqar Babakişiyev, Sevda Eyyubova, Aida Gənciyeva və başqaları təşkilatın gördüyü işlərdən söz açdılar.

Sonra tədbirin gündəliyində duran təşkilati məsələlərə baxılaraq, şirkətin ərazi ilk partiya təşkilatının sədri yenidən Məmməd Məmmədov, müavini Növrəstə Nəsirova, 7 nəfər tərkibdə idarə heyətinə üzv seçildi. 7-ci konfransa isə 4 nəfər tərkibdə nümayəndə seçildi.

Sonra Azərbaycan Dövlət Müsətəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə rayon təşkilatının ictimai-siyasi fəaliyyətində yaxından iştirak edən fəallara, o cümlədən, Avtandil Hacıyevə, Növrəstə Nəsirova və Vüqar Babakişiyevə Fəxri Fərman təqdim olunaraq, partiyaya qəbul olmaq üçün müraciət edən 10 nəfərə üzvlük vərəqələri təqdim edildi.


ZÜMRÜD

Digər xəbərlər