Mərkəzi Seçki Komissiyası noyabrın 30-da keçiriləcək bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərə hazırlıq çərçivəsində treninqlərə başlayır. MSK-dan "Səs"ə verilən məlumatda bildirilir ki, seçki təyin olunmuş dairələrin dairə seçki komissiyalarında fəaliyyət göstərən 168 trener üçün təşkil olunacaq treninqlər noyabrın 11-12-də keçiriləcək. MSK-nın treninq qrupunun trenerləri seçki günü icra olunan müxtəlif prosedurlarla bağlı məşğələlər keçəcəklər.
Xatırladaq ki, sözügedən treninqlər Mərkəzi Seçki Komissiyasının bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərlə bağlı hazırladığı maarifləndirmə proqramının layihələrindən biridir. Treninqlər 11 noyabr saat 10.00-da Mərkəzi Seçki Komissiyasının inzibati binasında başlanacaq.
RƏFİQƏ