PDF Oxu

Sosial

  • 22

Yeni Azərbaycan Partiyasının sıraları sürətlə genişlənir

Yeni Azərbaycan Partiyasının sıraları sürətlə genişlənir

İndi ökəmizin ən güclü siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının ilk təşkilatlarında hesabat seçki yığıncaqları sona çatmaq üzrədir. 2011-ci il oktyabr ayının 4-dən başlayaraq YAP Gəncə şəhər Təşkilatının İdarə Heyətində təsdiq olunmuş qrafikə əsasən ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarına başlanmışdır.

İndiyədək 237 ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilmiş və şəhər Təşkilatının VIII konfransına 379 nəfər nümayəndə seçilmişdir. Hesabat-seçki yığıncaqlarında Yeni Azərbaycançılar hesabat dövrü ərzində görülən işlərə bir daha nəzər salır, qarşıda duran mühüm vəzifələri müəyyənləşdirir, ulu öndər Heydər Əliyevin siyasi kursunu və onu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin genişmiqyaslı fəaliyyətini yekdilliklə dəstəklədiklərini, ölkə başçısının gəncəlilərə göstərdiyi sonsuz diqqət və qayğıya dərindən minnətdar olduqlarını bəyan edirlər.

Növbəti hesabat yığıncağı Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı ərazi ilk partiya təşkilatında noyabrın 11 də keçirilmişdir. Hesabat-seçki yığıncağını giriş sözü ilə ərazi ilk partiya təşkilatının sədri Gültəkin Verdiyeva açaraq gündəlikdə duran məsələ haqqında məlumat verdi. Hesabat seçki yığıncağında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, YAP Gəncə şəhər Təşkilatının sədri, professor İsrafil İsmayılov və təşkilatın üzvləri iştirak edirdi.

Hesabat məruzəsi ilə ərazi ilk partiya təşkilatnın sədrinin müavini Sədaqət Adıgözəlova çıxış etdi. O qeyd etdi ki, AzMİ Gəncə filialı ulu öndərimiz Heydər Əliyev cənablarının 2000-ci il 13 iyun 346 saylı sərəncamına əsasən yaradılmışdır. İnstitutumuz yaradılan gündən də institut üzrə ərazi ilk partiya təşkilatı yaradılmış və fəaliyyətə başlamışdır. Hal-hazırda Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialının ərazi ilk partiya təşkilatı 412 nəfər partiya üzvünü özündə birləşdirir. Bunlardan 186 nəfəri professor müəllim və işçi heyəti, 226 nəfəri isə tələbə heyətidir.

Yığıncaqda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək, qeyd etdi ki, Respublikamızın ikinci böyük və qədim şəhəri Gəncə də inkişafın və tərəqqinin önündə addımlayır. Bu gün qədim Gəncə özünün sürətli inkişaf tempi ilə Azərbaycanın müasir, abad şəhərlərindən birinə çevirilir.

YAP Gəncə şəhər Təşkilatının sədri proffessor İsrafil İsmayılov yığıncaqda çıxış etdi. Şəhərin Avropa standartları səviyyəsində yenidən qurulmasından danışan Şəhər Təşkilatının sədri Gəncənin giriş hissəsində, Nizami məqbərəsi və onun ətrafında, şəhərin mərkəzində və Heydər Əliyev mərkəzinə görülən qlobal miqyaslı tikinti-memarlıq işlərindən, şəhərin 100-dən çox küçəsində eyni vaxtda tikinti təmir işləri aparılmasından, qısa müddətdə şəhərdə görüləcəyi qeyd edilən, nəzərdə tutulan bütün işlərin uğurla başa çatdırılacağına sakinlərimizin əmin olduğunu qeyd etdi.

Natiq qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən dövlət başçısı Partiyamızın Sədri cənab İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəklərini gerçəkləşdirmək üçün əzmkarlıqla çalışır. Bu fakt bir daha göstərir ki, Azərbaycan Prezidentinin, Partiyamızın Sədrinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli xidmət prinsipi üzərində qurulmuşdur.

Hesabat seçki yığıncağında İnstitutun direktoru, pofessor Ramiz Məmmədov çıxış etdi. Direktorun çıxışında Yeni Azərbaycan Partiyasının yaranma tarixinə nəzər salındı. YAP-ın ölkədə gedən böyük quruculuq işlərində rolu xüsusi vurğulandı. Hesabat məruzəsi ətrafında Təşkilat fəallarından Zeynalzadə Kəmalə, Qasımova Afaq, Bəşirov Cavid çıxış edərək görülən işləri qənaətbəxş qiymətləndirdilər. YAP sıralarına qəbul edilmiş bir qrup gəncə partiya vəsiqəsi təqdim edildi. Yığıncaqda qərar layihəsi qəbul olundu və ərazi ilk partiya təşkilatının fəaliyyəti qənaətbəxş qiymətləndirildi. Eyni zamanda, təşkilatı məsələlərə baxıldı. Verdiyeva Gültəkin Yusif qızı yenidən yekdilliklə ərazi ilk partiya təşkilatının sədri, Orucov Əli Davud oğlu sədrin müavini seçildilər. 9 nəfərdən ibarət İdarə Heyəti və YAP Gəncə şəhər təşkilatının VIII konfransına 13 nəfər nümayəndə seçildi.


Rufin Quliyev, YAP Gəncə şəhər Təşkilatı

Digər xəbərlər