Dünən Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasının 28-ci ildönümü münasibətilə keçirilən tədbirdə ŞKTC-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu SİA-ya açıqlamasında bu günün Azərbaycanda da qeyd etdildiyindən qürur duyduğunu bildirdi: "Əvvəlcə Kiprdə yaşayan türklər özləri müxtəlif adlar altında öz idarələrini yaratmışlar. Lakin 1983-cü ilin 15 noyabr tarixində dövlət olduğünu elan edərək dünya dövlətləri içərisində öz yerini tutub. Hazırda bizim Cümhuriyyətin həm siyasi, həm iqtisadi əlaqələr qurduğu ən yaxın dövlət Azərbaycandır. Bunu mən qurur hissi ilə söyləyirəm. Bu əlaqələr içərisində elmi əlaqələr daha coxdu. Cünki hazırda Kiprdə 1000-dən artıq tələbə təhsil alır. Turizim sahəsində də geniş əlaqələrimiz mövcuddur ki, bunun göstəricisi olaraq bu il Azərbaycandan 4 min turist qəbul etmişik. Qurulan bu əlaqələr hər iki dövlətin inkişafına xidmət edir".