PDF Oxu

Sosial

  • 33

“Ən çətin dövrlərdə belə qəzeti dayanmağa, durmağa qoymadıq”

“Ən çətin dövrlərdə belə qəzeti dayanmağa, durmağa qoymadıq”

"525-ci qəzet"in fəaliyyətə başladığı gündən 19 il ötür. İlk sayı 1992-ci il noyabrın 17-də işıq üzü görən gündəlik ictimai-siyasi qəzetin Baş redaktoru Rəşad Məcid "525-ci qəzet"i ölkənin tanınmış, öz dəst- xətti ilə seçilən bir qəzetə çevirdiyini deyir. SİA Rəşad Məcidlə 19 ilin təəssüratlarını bölüşdü.

- KİV haqqında yeni qanun qüvvəyə minmişdi. Yeni qəzet təsis etmək haqqında qərar verdik. Ancaq ad seçimində bir az düşünməli olduq. Çünki məlum oldu ki, qəzet üçün uyğun olan ən yaxşı adların hamısı qeydiyyatdan keçib. Belə olduğu halda qərara gəldik ki, dövlət qeydiyyatı nömrəsini qəzetin adı kimi qəbul edək. Bu isə 525 rəqəmi idi. Öncə bu rəqəmin 555-ə kimi artmasını gözləyib qəzetə "555-ci qəzet" adını vermək istədik. Ancaq vaxtı qısaltmaq üçün gözləməyib elə "525-ci qəzet" kimi fəaliyyətə başladıq. Bu ad isə uğurlu və düşərli oldu. Ən çətin dövrlərdə belə qəzeti dayanmağa, durmağa qoymadıq. Azərbaycanın müstəqil mətbuatının keçdiyi yol boyunca "525-ci qəzet" də addımladı və qısa müddətdə qəzet özünə geniş oxucu kütləsi qazandı, bir çox uğurlara imza atdı. Yeni qəzetin maraq və uğuruna bir səbəb də məhz onun uğurlu adı idi.

Qəzetin uğurları


"525-ci qəzet" tam müstəqil, milli maraqlara xidmət edən, tərəfsiz bir mətbu orqandır. Qəzetimiz ziyalıların, gənclərin tribunasına çevrilib. Hər zaman qapımız gənclərin üzünə acıqdır. Bu illər ərzində qəzetimiz yüzlərlə gənc yazarı peşəkar jurnalist kimi yetişdirib. Hazırda bizdə işə başlayan jurnalistlər dövlət qurumlarında, müxtəlif komitələrdə, televiziyalarda, şirkətlərdə müxtəlif vəzifələrdə çalışır.

2001-ci ildə isə bütün Qafqazda ilk dəfə olaraq "525-ci qəzet" böyük formatda 32 səhifədə nəşr olundu. Bununla da, qəzetimizin nailiyyətləri sırasına biri də əlavə olundu.


Qarşıdan 20 illik yubiley gəlir

- Son illər İKT sahəsinin inkişafı çap mətbuatına marağın azalmasına və mətbuatdan daha operativ, dinamik fəaliyyət tələb edir. İnformasiya texnologiyaları və saytlar sürətlə inkişaf etdikcə, qəzetlər onlarla ayaqlaşmır. Ona görə də, qəzetin gələcəyini təmin etmək və yaşatmaq üçün sayt variantı üzərində düşünürük. Hazırda qəzetimizin elektron variantı var. Ancaq orada tempi daha yüksəltməyi düşünürük. Hələlik qəzet variantına üstünlük versək də, zaman-zaman on-layn varianta keçməyi planlaşdırırıq.

R.Məcid qəzetin 19 yaşını təmtəraqla qeyd etməsələr də, gələn il 20 illik yubileyi daha geniş qeyd etməyi düşündüklərini də deyir.

Biz də "Səs" qəzeti və Səs İnformasiya Agentliyinin (SİA) kollektivi adından həmkarlarımızı təbrik edir, onlara daha böyük uğurlar və yeni zirvələri fəth etməyi arzulayırıq.

Digər xəbərlər