18 noyabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda bir məsələ - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Fondun növbəti fərdi jurnalist yazıları müsabiqəsinin elanı müzakirə olunub.
Müşahidə Şurasının üzvləri müsabiqə ilə bağlı mövzuları müzakirə edərək, fikir və mülahizələrini söyləyiblər. Müzakirələrin yekunu kimi Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 10 istiqamət üzrə 30 mövzu müəyyənləşdirilib. Müsabiqənin 2011-ci il 19 noyabr tarixdən 20 dekabr 2011-ci il tarixədək keçirilməsi qərara alınıb.