PDF Oxu

Sosial

  • 30

YAP Daşkəsən rayon təşkilatının VII konfransı keçirilib

YAP Daşkəsən rayon təşkilatının VII konfransı keçirilib

Dünən YAP Daşkəsən rayon təşkilatının VII konfransı keçirilib.

Konfrans nümayəndələri ilk öncə Ulu öndər, partiyanın qurucusu və yaradıcısı Heydər Əliyevin şəhərin mərkəzində ucalan abidəsi önünə tər gül-çiçək dəstələri qoymuş, ona hörmət və ehtiramlarını ifadə etmişlər. Konfrans dövlət himninin səsləndirilməsi ilə işinə başlamışdır.

Sonra YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev təşkilatın VI konfransından ötən dövr ərzində görülən işlərdən, uğurlardan və nailiyyətlərdən bəhs edən məruzə ilə çıxış etmişdir. Natiq bildirmişdir ki, Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatı öz fəaliyyətini Ümummilli Lider Heydər Əliyevin ideyalarının, Yeni Azərbaycan Partiyasının IV qurultayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn müddəaların yerinə yetirilməsinə yönəltmişdir. YAP Daşkəsən rayon təşkilatı ölkə Preztdenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq Ümummilli Liderimiz Heydər Əliyev ideyalarına, onun siyasətinə, dünya baxışlarına, fəlsəfəsinə sadiq qalaraq, rayonumuzun inkişaf etməsi üçün əlindən gələni etməkdədir.

Əvvəlki illərə nisbətən gənclər birliyinin, qadınlar şurasının, təşkilat və ideoloji şöbələrin işi daha da genişləndirilmiş, rayon təşkilatının ilk partiya təşkilatları ilə əlaqələri möhkəmlənmiş, partiya maarifçilik işi gücləndirilmişdir. Çoxsaylı gənclər, qadınlar və ağsaqqallar sıralarımıza qəbul olmaq üçün ilk partiya təşkilatlarına müraciət etmişlər. Bu gün 3703 nəfər YAP üzvü 76 ilk partiya təşkilatında birləşmişdir.

Qeyd olunmuşdur ki, VI konfransdan keçən müddət ərzində 693 nəfər YAP sıralarına qəbul edilmişdir. YAP Daşkəsən rayon təşkilatının tərkibində 1513 nəfər qadın, 2190 nəfər kişi və 1256 nəfər gənc təmsil olunur. Konfrans YAP Daşkəsən rayon təşkilatının Nəzarət-Təftiş qrupunun sədri Yaşar Məhərrəmovun hesabat məruzəsini də dinləmişdir. Məruzələr ətrafında İ.Nəsimi adına İlk partiya təşkilatının sədri R.Aslanova, Bayan ərazi ilk partiya təşkilatının sədri E.Alıyev, YAP Daşkəsən rayon təşkilatının gənclər birliyinin sədri E.Rzayev çıxış etmişlər.

Konfransda Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış etmiş, konfrans iştirakçılarını əlamətdar gün münasibətilə təbrik etmişdir.

Konfransın işində Yeni Azərbaycan Partiyasının İcra Katibinin müavini Mübariz Qurbanlı çıxış edərək, ölkəmizdə mövcud ictimai - siyasi vəziyyət və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən möhtəşəm quruculuq işlərindən bəhs etmiş, partiyanın gördüyü işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir.

Konfransda təşkilati məsələlərə baxılmışdır. YAP Daşkəsən rayon təşkilatının 26 nəfərdən ibarət şurası və 5 nəfərdən ibarət Nəzarət-Təftiş qrupu seçilmişdir. Yolçuyev Meydanəli Binəli oğlu yenidən Yeni Azərbaycan Partiyasının Daşkəsən rayon təşkilatının sədri seçilmişdir.

Konfrans iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə müraciət qəbul etmişlər.

Digər xəbərlər