PDF Oxu

Sosial

  • 19

YAP-ın 19 illik fəaliyyəti Azərbaycanın inkişafına böyük töhfədir

YAP-ın 19 illik fəaliyyəti Azərbaycanın inkişafına böyük töhfədir

Dünən Quba rayonunda YAP-ın yaradılmasının 19-cu ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə rayonun mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünüə gül dəstələri düzdülər. Heydər Əliyev Mərkəzində davam edən tədbirdə iştirakçılar Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 19-cu ildönümü ilə əlaqədar çıxış edərək qeyd etdi ki, ötən əsrin 80-ci illərinin ortalarından başlayaraq, bütün dünyada, o cümlədən, Sovetlər İttifaqında cərəyan edən obyektiv tarixi proseslər yeni ictimai-siyasi mühit formalaşdırdı: "O dövrdə Azərbaycanda baş qaldıran xalq hərəkatının nəticəsi olaraq, 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonrakı dövrdə gah keçmiş mərkəz qarşısında qulluq göstərmək yarışına girən, gah da Dağlıq Qarabağı hakimiyyət və vəzifə alverinin predmətinə çevirənlər ölkəni iflic vəziyyətə saldılar. Azərbaycanın taleyi ilə bağlı ictimai narahatçılığın gündən-günə artması, böhranlı vəziyyətdən çıxış yollarını axtarıb tapmağa qadir olan yeni qüvvənin, partiyanın ölkənin siyasi səhnəsinə çıxması obyektiv tarixi zərurətə çevirmişdi. Lakin o dövrdə Heydər Əliyev şəxsiyyətinin bütün gücünə və qüdrətinə bələd olan Azərbaycan xalqı dərk edirdi ki, onun siyasi iradəsindən kənarda ölkənin problemləri özünün müsbət həllini tapmaq imkanından məhrumdur. Belə olan halda Azərbaycanın taleyini düşünən, tarixdə "91-lər" kimi tanınan, bir qrup ziyalı bu həqiqəti və inamı ifadə edərək, 1992-ci ilin oktyabrında Yeni Azərbaycan Partiyası yaratmaq və ona rəhbərliyi öz üzərinə götürmək xahişi ilə Heydər Əliyevə müraciət etdi. Ulu Öndər oktyabrın 24-də ziyalılara göndərdiyi cavabında yeni yaradılacaq partiyaya rəhbərlik etmək barədə müraciəti qəbul etdiyini bildirdi. Məhz 19 il bundan əvvəl işıq üzü görmüş həmin tarixi sənəd əsasında Yeni Azərbaycan Partiyasının yaranması prosesi başlandı, minlərlə insan taleyini, bu partiya ilə bağlamaq arzusunu açıq ifadə etdi. Belə ki, 1992-ci il noyabrın 21-də dahi şəxsiyyət Heydər Əliyevin Sədrliyi ilə təsis konfransı keçirilərək, Yeni Azərbaycan Partiyasının yarandığı elan edildi. Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Bələliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük məsuliyyət götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası meydana gəldi. Ulu Öndərimiz partiyanın 1-ci qurultayında həmin tarixi hadisəni xatırlayaraq demişdir: "Yeni Azərbaycan Partiyasının yaranması, bu münasibətlə keçirilmiş ilk konfrans Azərbaycan xalqının və müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaqdır".

Tədbirdə çıxış edən YAP Quba rayon təşkilatı İdarə Heyətinin üzvləri X.Əkbərova, H.Günəşli, E.Camalov, S.İsazadə və başqaları partiyanın keçdiyi çətin və şərəfli yoldan danışdılar.

Sonda partiya sıralarına qəbul olmuş üzvlərə partiya vəsiqələri təqdim olundu.

Aytən

Digər xəbərlər