PDF Oxu

Sosial

  • 22

“ABŞ və Böyük Britaniya  polisinin öz vətəndaşlarının üstünə rezin dəyənəklərlə getməsi pislənilir”

“ABŞ və Böyük Britaniya polisinin öz vətəndaşlarının üstünə rezin dəyənəklərlə getməsi pislənilir”

Son vaxtlar dünyanın güc mərkəzlərindən biri olan ABŞ və Böyük Britaniyada hökumətin apardığı səhv sosial-iqtisadi siyasətə etiraz olaraq kütləvi aksiyalar keçirilməkdədir. Amma demokratiyadan, sərbəst toplaşmaq azadlığında danışan və bunu dövlət siyasəti hesab edən ABŞ və Böyük Britaniyanın rəsmi dairələri əməli fəaliyyətlərində fərqli mövqe tutmaqla aksiyaları zorakılıq yolu ilə dağıtmağa üstünlük verirlər. Millət vəkili Zahid Oruc bizimlə söhbətində bildirdi ki, ABŞ və Böyük Britaniya vətəndaşlarının keçirdikləri aksiyaların zorakılıqla yatırılması onu göstərir ki, demokratiya onlar üçün sadəcə söz oyunudur: "ABŞ-da başlanmış aksiyalar öz-özlüyündə Amerika administrasiyasını narahat edəcəyi bəlli idi. ABŞ və Böyük Britaniyada yaşayan vətəndaşlar tərəfindən keçirilən aksiyaların zorakılıqla yatırılması müsbət hal deyil. Çünki faktiki olaraq, ABŞ-da istər sosial sferada, istərsə də, iqtisadi proseslər zəminində bir sıra vətəndaş qruplarının narazı qaldığı və baş verən bu proseslərə heç bir təsir göstərə bilmədiyindən, ABŞ-da ictimai etiraz dalğasının yarana biləcəyi şübhə doğurmurdu".

Millət vəkilinin sözlərinə görə, bir sıra ölkələrə məhz demokratiyanı bir ideologiya kimi, siyasi sistem forması, həyat tərzi kimi təqdim etməyə çalışan dünyanın aparıcı güc mərkəzi olan ABŞ-da baş verən son olaylar dərindən izlənməkdə idi. Yəni, burada atılan addımların da başqa ölkələr tərəfində reaksiyalara səbəb olacağı heç kəsdə başqa bir mövqe doğurmurdu. ABŞ və Böyük Britaniya polisinin öz vətəndaşlarının üstünə rezin dəyənəklərlə getməsi pislənilir. ABŞ və Böyük Britaniya polislərinin əhaliyə qarşı bu formada təzyiqlər göstərməsi vəhşilik deməkdir. Təbii ki, baş verən son hadisələr ABŞ və Böyük Britaniya demokratiyası üçün müəyyən mənfi münasibətlərə səbəb oldu. Əslində, demokratiya testi hamı üçün vahid və eyni olmalıdır: "İstər ABŞ-da, istərsədə Böyük Britaniyada, o cümlədən, Avropanın digər qabaqcıl ölkələrində əhalinin keçirdiyi aksiyaların zorakılıqla yatırıldığı müşahidə edilib. Bu isə, onu göstərir ki, sözügedən ölkələrin rəsmi dairələri "ərəb baharı"nın bu ölkələrdə də baş verə biləcəyindən qorxurlar. Bir sözlə, bu ölkələrdə xalqla hakimiyyət arasında dərin ziddiyyətlər mövcuddur. Bu ziddiyyətlərin aradan qaldırılası üçün uzun müddət lazım gələcək".


GÜLYANƏ

Digər xəbərlər