PDF Oxu

Sosial

  • 38

Hansı partiyalar dövlət tərəfindən maliyyələşəcək?

Hansı partiyalar dövlət tərəfindən maliyyələşəcək?

1992-ci ildə "Siyasi partiyalar haqqında" Qanun layihəsinə əlavə və dəyişikliklər edilməsinə baxmayaraq, artıq demək olar ki, sözügedən bu qanun layihəsinə yeni dəyişikliklərin edilməsinə ehtiyac var. Amma ölkədə fəaliyyət göstərən radikal müxalifət partiya sədrləri "Siyasi partiyalar haqqında" Qanun layihəsinə əlavə və dəyişikliklər edilməsindən narahatdır. Nəyə görə müxalifət düşərgəsində olan partiya liderləri bu qanun layihəsinə yeni dəyişikliklərin edilməsindən narahatdırlar?

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı "Səs"ə açıqlamasında bildirdi ki, radikal müxalifət düşərgəsində fəaliyyət göstərən partiya sədrlərini düşündürən və narahat edən əsas məsələ maliyyələşmədən kənar qalması ilə bağlıdır: "Bildiyiniz kimi, dünya praktikasında ancaq o partiyalar dövlət büdcəsindən maliyyələşə bilər ki, onlar ölkədə keçirilən bütün seçkilərdə yaxından iştirak edirlər və parlamentdə təmsil olunurlar. Bir sözlə, müxalifət partiya liderlərinin narahatçılığı onların maliyyə yardımlarından kənarda qala biləcəkləri qorxusudur".

F.Ağamalı onu da bildirdi ki, dövlət büdcəsindən o partiyalar maliyyələşməlidir ki, həmin partiyalar parlament seçkilərində iştirak edərək qalib gələn və Milli Məclisdə təmsil olunan partiyalar olmalıdır.

"Azadlıq" Partiyasının sədri Əhməd Orucov isə bizimlə söhbətində bildirdi ki, ölkədə fəaliyyət göstərən partiyaların maraq dairəsindədir ki, "Siyasi partiyalar haqqında" Qanun layihəsinə əlavə və dəyişikliklər olunsun: "Sadəcə olaraq, hələ ki, sözügedən bu qanuna nə dəyişikliklər ediləcəyi ilə bağlı fikirlər söylənilmir. Gözləyək görək "Siyasi partiyalar haqqında" Qanun layihəsinə dəyişikliklər necə və hansı formada olacaq? Ümid edirəm ki, bu dəyişikliklər hər bir partiya tərəfindən müsbət şəkildə qarşılanacaq. Eyni zamanda, siyasi partiyaların fəaliyyətinə də yaxşı təsir göstərəcək".

Ə.Orucun sözlərinə görə, siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi, həmin partiyaların öz işinin təşkilinə kömək məqsədi daşıyır. Yəni sözügedən partiyaların xarici ölkələrdən asılılığını ortadan götürmək məqsədilə edilməlidir. İnkişaf etmiş ölkələrdə siyasi partiyaya dövlət şəxsini yetişdirən bir məktəb kimi baxılır.

"Hansı partiyalar dövlət tərəfindən maliyyə dəstəyi ala bilər" sualına cavabında Ə.Oruc bildirdi ki, partiyaların maliyyələşməsində hər kəsi razı salmaq mümkün olmayacaq: "Partiyalar dövlətdən maliyyələşərsə, onlar da Azərbaycanın maraqları mənafelərinə uyğun daha yaxşı fəaliyyət göstərə bilər. Bu baxımdan, ümid edirəm ki, partiyaların dövlət tərəfindən maliyyələşməsi hər bir partiya sədrinin istədiyi kimi olacaq".


GÜLYANƏ AĞAKƏRİMOVA

Digər xəbərlər