PDF Oxu

Sosial

  • 11

Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatının yaradılmasının 19-cu ildönümü qeyd olunub

Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatının yaradılmasının 19-cu ildönümü qeyd olunub

Dünən Bərdədə Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının təsis edilməsinin 19-ci ildönümü münasibətilə tədbir keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyub, dahi şəxsiyyətin ruhunu ehtiramla yad ediblər.

Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatında təşkil edilən tədbirdə YAP-nın keçdiyi tarixi yoldan danışılıb. YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən YAP-ın keçdiyi inkişaf yolundan, ötən illərdə qazanılmış uğurlardan danışıb. Bildirilib ki, xalqımızın dahi oğlu, Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirilib və cəmi bir neçə aydan sonra xalqın istəyi ilə bu siyasi qurumun sədri ölkə prezidenti seçilib.

1993-cü il noyabrın 21-də təsis edilən YAP Bərdə rayon təşkilatı bu gün 9 min 200 nəfər üzvü öz ətrafında birləşdirib. Bu il partiyanın rayon təşkilatına 851 nəfər qəbul edilib. Bunlardan 542 ziyalı, 495 qadın, 324 nəfəri isə gəncdir.

Çıxışlarda YAP üzvü olan qadın və gənclərin cəmiyyətdəki fəal mövqeyi, onların hüquqi dövlət quruculuğunda və ictimai siyasi proseslərdə fəal iştirakı xüsusi vurğulanıb. Natiqlər qeyd ediblər ki, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün YAP ölkənin sosial-iqtisadi həyatında böyük nüfuza malikdir və ətrafında 500 mindən artıq insanı birləşdirir. Tədbirdə bir qrup gəncə YAP-ın üzvlük vəsiqələri təqdim olunub, rayon təşkilatının fəaliyyətində fərqlənən şəxslərə isə fəxri fərmanlar verilib.

Sonda dövlətimizin başçısı İlham Əliyevə müraciət qəbul olunub.

Digər xəbərlər