PDF Oxu

Sosial

  • 42

Ermənistan kimi İranın da fars-majoru

Ermənistan kimi İranın da fars-majoru

Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Rusiya, Qazaxıstan və Azərbaycan tərəfindən 3 il bundan əvvəl imzalanan müqavilə sözügedən ölkələrin parlamentləri tərəfindən təsdiq olunub.

Proseslərin inkişafına əsasən, demək olar ki, Türkmənistanın da mövqeyində Qazaxıstanın, Rusiyanın və Azərbaycanın mövqeyinə uyğun uzlaşma müşahidə edilir. Daha dəqiq desək, artıq Türkmənistan da hüquqi statusun müəyyənləşdirilməsində müsbət mövqe nümayiş etdirir. Yalnız İran tərəfi bu məsələdə fərqli mövqe nümayiş etdirməkdədir. Bu da onunla bağlıdır ki, rəsmi Tehran özünün böyük iddialarını digər 4 Xəzəryanı ölkələrə yeritməyə çalışır. Daha doğrusu, Xəzərin 5 sahilyanı ölkələr arasında bölünməsini təklif edir. Təbii ki, bu da nəticə etibarilə, bəzi ölkələrin ərazi sularının İranın tərkibinə verilməsinə gətirib çıxara bilər. Təbii ki, istər İran, Qazaxıstan, istərsə də Rusiya və Azərbaycan heç bir vəchlə İranın iddialarını qəbul edə bilməzlər. Məhz bu da Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsində ciddi problemlər yaradır. Bir neçə gün əvvəl Astanada keçirilən Xəzəryanı ölkələrin xarici işlər nazirləri səviyyəsində keçirilən görüşdə də ortaq məxrəcə gəlinməyib.

Müsahibim AVP sədri, millət vəkili Fəzail Ağamalı məsələ ilə bağlı qəzetimizə verdiyi açıqlamasında Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsində İranın fərqli mövqe tutmasını bu ölkənin böyük iddialara düşməsi ilə əlaqələndirdi: "Xəzər dənizinin statusunun müəyyən edilməsində diqqəti ona yönəltmək lazımdır ki, bu məsələdə hansı ölkələr ortaq məxrəcə gələ bilmir. Təbii ki, danışıqların bu qədər yubadılmasında, ortaq məxrəcə gələ bilməməsində, ilk növbədə, İran dövlətinin adını çəkmək lazımdır. İran Xəzər dənizinin statusu ilə bağlı məsələdə öz iddialarını yeritmək istəyir və ciddi-cəhdlə danışıqların yubadılmasına çalışır".

Millət vəkili sahil boyu xətlərin bölünməsi haqqında təqdim edilən forumla Qazaxıstan, Azərbaycan, Rusiya, eləcə də, az qala Türkmənistan tərəfindən müdafiə edildiyini vurğulayıb. Eyni zamanda, F.Ağamalı bildirib ki, belə bir bölgü imkan verir ki, hər bir dövlət öz sahil suları və sahilə aid olan hissələrini özünə götürsün. Bu, dünyada qəbul edilmiş bölgü prinsiplərindən ən ədalətlisidir. 4 dövlət Xəzərin sahil xətlərinə görə bölünməsi prinsiplərini müdafiə edir. Yalnız İran dövləti fərqli mövqe sərgiləyir və beləliklə də, danışıqlar prosesində qətiyyən hansısa bir razılıq əldə edilməsinə maneçilik törədir. Hələ ki, məsələ bu səviyyədə qalır: "İndiyə qədər Rusiya, Qazaxıstan və Azərbaycan Xəzər dənizinin səthinin və dibinin bölünməsi haqqında saziş imzalayıblar və bu saziş də hər 3 ölkənin parlamenti tərəfindən təsdiq edilmişdir və hal-hazırda qüvvədədir. İran dövləti ilə ona düşən paydan, ən azı, 30 faiz daha çox pay istəyir: İranın arzuları reallıqlara deyil, subyektiv mülahizələrə söykənir".


AYLANA RZAYEVA

Digər xəbərlər