YAP Suraxanı rayon təşkilatında "Narkomaniya və QİÇS Azərbaycanda: sosial yanaşma yolları" mövzusunda keçirilən dəyirmi masada çıxış edən YAP Suraxanı rayon təşkilatı qadınlar şurasının sədri Tünzalə Süleymanova QİÇS-in epidemiologiyası, ötürülmə yolları, yayılması və əsas tendensiyaları, yoluxmuş insanların demoqrafik vəziyyəti, bu xəstəliklə mübarizə yolları haqqında geniş məlumat verdi. T.Süleymanova onu da bildirdi ki, hal-hazırda digər ölkələrlə müqayisədə, ümumi əhali arasında İİV infeksiyasının yayılması 0,1 faizdən azdır: "İlk baxışdan İİV infeksiyasının Azərbaycanda dünyanın başqa ölkələrinə nisbətən gec meydana gəldiyi fikri yarana bilər. Lakin 1997-ci ildən başlayaraq İİV-QİCS-lə yoluxma hadisələri durmadan artır ki, bu da həyəcan doğurur. Azərbaycanda ilk dəfə İİV-QİCS-lə yoluxma hadisəsi 1987-ci ildə xarici vətəndaşda, 1992-ci ildə isə Azərbaycan vətəndaşında rəsmi olaraq qeydə alınmışdır. Beynəlxalq və qeyri-ekspertlərin rəylərinə görə İİV-QİCL yoluxanlarin həqiqi sayı qeydiyyata alınanlardan 10 dəfə artıqdır".
Dəyirmi masada Suraxanı RİH-in təhsil, səhiyyə və mədəniyyət şöbəsinin müdiri B.Barxudarov, YAP Suraxanı rayon təşkilatı aparatının rəhbəri Fərman Rəsulov, Suraxanı rayon Qadın və İnkişaf Mərkəzinin sədri Şövkət Xanməmmədova, 290 sayli orta məktəbin direktoru Rahidə İsmixanova, Suraxanı rayonu 8 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Səfiyyə Məmmədova, 285 saylı məktəbin direktoru Malik Qurbanov, 24 saylı poliklinikanın baş həkimi Rəsul Abbasov, 31 saylı poliklinikanın baş həkiminin müavini Südabə Yaqubova çıxış edərək, məktəblərdə fəaliyyət göstərən məktəb həkimlərinin işinin məsuliyyətinin artırılması, onların yuxarı sinif şagirdləri ilə məlumatlandırıcı söhbətlər aparılmasının əhəmiyyətli olduğunu qeyd ediblər. Bildiriblər ki, 1996-ci ildən başlayaraq QİÇS-lə mübarizə üçün Azərbaycan dövləti və hökuməti tərəfindən zəruri normativ-hüquqi baza yaradılıbdır. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən İİV-QİÇS epidemiyasının aradan qaldırılması üzrə milli strateji proqram qəbul edilibdir.
Aytən